Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əli Abbasovun bağ evi nəzarətə götürüldü

Əli Abbasovun bağ evi nəzarətə götürüldü

Date: 13 November 2015 06:16

Dünən gün işdən çıxarılan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla bağlı maraqlı məlumat yayılıb. Məlumata görə, sabiq nazirin Şüvəlanda yerləşən bağ evinə polis və prokurorluq əməkdaşları gəlib.

Həmin bağ evinin fotosunu da oxuculara təqdim edirik...




Dünən Rabitə və Yüksək texnologiyalar naziri Əli Abbasov Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə vəzifəsindən azad edilib. ANS PRESS-in məlumatına görə, prezidentin imzaladığı sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Əli Məmməd oğlu Abbasov Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilsin".

Müstəqil Azərbaycanın ilk Rabitə və yüksək texnologiyalar naziri olan Əli Məmməd oğlu Abbasov 1 yanvar 1953-cü ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub. 1976-cı ildə Moskva Energetika İnstitutunu “Avtomatika və telemexanika” ixtisası üzrə bitirib. Bir il Azərbaycan Elmlər Akademiyasında işlədikdən sonra Ukrayna Elmlər Akademiyasında aspiranturada təhsilini davam etdirib.
1994-cü ildə 05.13.14 - "İnformasiya emalı və idarəetmə sistemləri" ixtisası üzrə dissertasiya müdafiə edərək və texnika elmləri doktoru adını alıb. 1996-cı ildən professor, 2001-ci ildən isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru olub.

Ailəlidir, iki övladı var.
Nazir vəzifəsinə 20 fevral 2004-cü ildə təyin edilib. 7 mart 2014-cü il - Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

Tags:  Əli Abbasovun bağ evi nəzarətə götürüldü


RƏYLƏR


Top news