Fatih Terimin arzusu

Fatih Terimin arzusu
07:01 13 Noyabr 2015
39 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə millisinin baş məşqçisi Fatih Terim mətbuat konfransı keçirib.

ANS PRESS-in məlumatına görə, təcrübəli məşqçi Qətər yığması ilə yoldaşlıq görüşündən əvvəl təşkil olunan mətbuat konfransında maraqlı açıqlamalar verib.

Fatih Terim Avropa Çempionatının final mərhələsində ilk olaraq oynamaq istədikləri rəqibin adını açıqlayıb. "İmperator" turnirin açılış matçında ev sahibi Fransa yığması ilə qarşılaşmaq arzusunda olduqlarını qeyd edib: "Qrup mərhələsində kimlərlə qarşılaşmaq istəyimizlə bağlı hər hansı bir fikrim yoxdu. Uğurlu komandalar arasında seçim etmək çox çətindi. Hansı qrupda yer alacağımız elə də önəmli deyil. Milli komandanın final mərhələsində oynamasının özü bir uğurdu. Biz bunu bacarmışıq".


Türkiyə millisi

"İndi isə yarışın sonuna qədər çempionatda mübarizə aparmaq niyyətindəyik. Ən pis halda çıxışımız 17 gün davam edəcək. İstərdim ki, açılış matçında biz oynayaq. Çünki 2,5-3 milyard insan bizi izləmiş olacaq. Parisdə Fransa millisi ilə oynamaq qorxunc ola bilər. Ancaq məğlub olmaqla bağlı narahatlıq hiss etmədən belə, festivalın açlışında oynamaq istərdim. Futbolçularım çətinliklərə öyrəşməlidi",-deyə Terim qeyd edib.

Qardaş ölkə yığması noyabrın 13-də səfərdə Qətərlə, 17-də isə İstanbulda Yunanıstanla qarşılaşacaq. "Ay-ulduzlular"ın Yunanıstanla noyabrın 17-də İstanbulda “Başakşəhər Fatih Terim” stadionunda qarşılaşacağı bildirilir. İndiyədək Yunanıstan millisi ilə qarşılaşdığı 9 oyunun 6-da qalib gələn türklər, göruşlərin birində yunanlara uduzub daha iki matçı isə bərabər qalıb. Oyun Yunanıstan yığmasına yeni təyin olunan almaniyalı baş məşqçi Mixael Skibbe üçün millidə ilk sınaq olacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=364662

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR