Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tikinti materiallarının istehsalında 9,9 faiz artım olub

Tikinti materiallarının istehsalında 9,9 faiz artım olub

Date: 13 November 2015 08:03


Bakı, 13 noyabr, AZƏRTAC
Bu ilin yanvar-oktyabr ayları ərzində sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 22,0 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmin müddətdə emal sektorunda qida məhsullarının istehsalı 3,8 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 52,5 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 46,7 faiz, poliqrafiya məhsullarının istehsalı 78,0 faiz, tikinti materiallarının istehsalı 9,9 faiz, metallurgiya məhsullarının istehsalı isə 2,1 faiz artıb.

Tags:  Tikinti materiallarının istehsalında 9 faiz artım olub


RƏYLƏR


Top news