Obamanın Türkiyədə Putinlə görüşmək planı yoxdur

Obamanın Türkiyədə Putinlə görüşmək planı yoxdur
09:41 13 Noyabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

“G-20” sammiti çərçivəsində Türkiyəyə səfər etməyi planlaşdıran ABŞ prezidenti Barak Obamanın proqramında Rusiya prezidenti Vladimir Putinlə görüş nəzərdə tutulmayıb. ANS PRESS-in məlumatına görə, bu barədə gündəlik mətbuat brifinqində Ağ evin sözçüsü Coş Ernest məlumat verib.

Brifinqdə Ernestlə yanaşı Ağ evin milli təhlükəsizlik üzrə müşaviri Suzan Rays və onun köməkçisi Ben Rods da iştirak edib. Tədbirdə Barak Obamanın Türkiyə səfəri barədə açıqlama verilib. Bildirilib ki, "G-20" sammiti zamanı Barak Obama ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında ikitərəfli görüş olacaq.

Juranilstlərdən birinin, Barak Obama Rusiya prezidenti Validimir Putinlə də görüşəcəkmi? sualına Syuzan Rays cavab verib. Ağ evin təhlükəsizlik üzrə müşaviri "G-20" sammiti zamanı Obama ilə Putinin görüşünün planlaşdırılmadığını, rəsmi görüşün olmayacağını bildirib.

Rays həmçinin iki ölkə başçısının tədbir zamanı ayaqüstü, qeyri-rəsmi formada görüşə biləcəklərini də istisna etməyib.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=364675

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR