Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sahibkarlığın inkişafını daha da artırmaq məqsədilə seminar təşkil olunub

Sahibkarlığın inkişafını daha da artırmaq məqsədilə seminar təşkil olunub

Date: 13 November 2015 11:23


Bakı, 13 noyabr, Elvin Camalov, AZƏRTAC
Noyabrın 13-də sahibkarlığın inkişafına dəstəyin daha da artırılması, ölkəmizdə sahibkarlıq subyektlərinin fəaliyyətinin təşviq edilməsi, maraqlı tərəflərin gömrük işinin müxtəlif fəaliyyət istiqamətləri barədə məlumatlandırılması, o cümlədən beynəlxalq ticarət təchizat zəncirində yüklərin etibarlı və fasiləsiz hərəkətinə əlverişli şərait yaradılması məqsədilə “Biznes subyektləri üçün əlverişli şərait yaradılması məqsədilə gömrük prosedurları və əməliyyatları üzrə tətbiq edilən sadələşdirmələr” mövzusunda seminar öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, seminarda Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Cavad Qasımov bildirib ki, iqtisadiyyatın daimi inkişafının sürətləndirilməsində gömrüyün və sahibkarların rolu böyükdür. Onun sözlərinə görə gömrükdə yoxlamalara sərf edilən vaxt 20 dəqiqəyə qədər enib.
Seminar Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin əməkdaşlarının “Bəyanetmə proseduru”, “Gömrük əməliyyatları və prosedurları” və “Gömrük sərhəd keçid prosedura. Prosedurun sadələşdirilməsi üsulları” haqda çıxışları ilə davam edəcək.
Sonda sahibkarları narahat edən məsələlər dinləniləcək, tətbiq olunan yeni qaydaların onların işlərinə təsirindən danışılıb sual-cavab formasında müzakirələr aparılacaq.

Tags:  Sahibkarlığın inkişafını artırmaq məqsədilə seminar təşkil olunub



RƏYLƏR


Top news