Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ordumuzdan erməni kəşfiyyatçılara zərbə

Ordumuzdan erməni kəşfiyyatçılara zərbə

Date: 13 November 2015 12:26

Ermənilər Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücuma cəhd ediblər. Müdafiə nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, noyabrın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində mövqelərimizə basqın etməyə cəhd göstərib.

Silahlı Qüvvələrimizin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə vurulan atəş zərbəsindən sonra işğalçılar geri çəkilməyə məcbur edilib.

İlkin məlumata görə düşmənin diversiya qrupunun 2 üzvü öldürülüb və xeyli sayda yaralıları var.

Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib, əməliyyat şəraiti tam nəzarətimiz altındadır.


Təmas xətti

Erməni mətbuatı iki əsgərinin öldüyü barədə məlumat yazıb. Məlumatda qeyd edilir ki, noyabrın 12-də axşam saat 21 radələrində təmas xəttində gərginlik baş verib.

Nəticədə iki erməni əsgəri öldürülüb. Bunlar 20 yaşlı Vaqe Vanoyan və 19 yaşlı Mikael Torosyandır. Hadisənin təfərrüatlarının müəyyən edilməsi üçün istintaq aparılır.


Tags:  Ordumuzdan erməni kəşfiyyatçılara zərbə


RƏYLƏR


Top news