Gürcü dilində “Çağdaş Azərbaycan poeziyası” adlı antologiya çapdan çıxıb

Gürcü dilində “Çağdaş Azərbaycan poeziyası” adlı antologiya çapdan çıxıb
12:28 13 Noyabr 2015
52 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Türk Dünyası İnfo” İctimai Birliyinin həyata keçirdiyi “Azərbaycan-Gürcüstan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” adlı layihə çərçivəsində gürcü dilində “Çağdaş Azərbaycan poeziyası” adlı antologiya çapdan çıxıb.
“QHT Nəşriyyatı”nda 350 tirajla nəşr olunan kitabda ədəbi ictimaiyyətin yaxşı tanıdığı, müxtəlif ədəbi nəsilləri təmsil edən 22 Azərbaycan şairinin əsərlərindən ibarət nümunələr yer alıb.
Nəşrin məsləhətçisi professor Nizami Cəfərov, layihənin rəhbəri şair-publisist Dəyanət Osmanlıdır. Şeirləri gürcü dilinə Neli Məmmədova, Zezva Medulaşvili, İmir Məmmədli, Oktay Kazımov, Anna Bartkulaşvili və Niha Zorzaneli tərcümə ediblər.
“Türk Dünyası İnfo” İctimai Birliyinin sədri Dəyanət Osmanlı AZƏRTAC-a bildirib ki, bu layihənin məqsədi müasir Azərbaycan şairlərinin xaricdə tanıdılması, Azərbaycan-Gürcüstan ədəbi-mədəni əlaqələrinin inkişafına kömək etməkdir. Çağdaş Azərbaycan poeziyası gürcü dilində antologiya halında çıxması ilk təşəbbüsdür və ədəbiyyatımızın qonşu və dost ölkə olan Gürcüstanın ictimai, elmi, ədəbi mühitində təbliğinə yönəlib. Kitab Gürcüstanda kitabxanalara, mədəniyyət mərkəzlərinə və digər uyğun ictimai qurumlara hədiyyə olaraq paylanacaq. Təqdimat mərasimi Gürcüstan azərbaycanlılarının Tbilisidəki “Varlıq” Mədəniyyət Mərkəzinin ofisində keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gurcu_dilinde_CHagdas_Azerbaycan_poeziyasi_adli_antologiya_chapdan_chixib-901654

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR