Son ümid də belə öldü...

Son ümid də belə öldü...
12:57 13 Noyabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

Xəzər dənizinin Xaçmaz sahilində itkin düşən 3 balıqçıdan sonuncusunun da meyidi tapılıb.

APA-nın verdiyi məlumata görə, balıqçı Laçın Laçınovun meyidi dənizin Niyazabad kəndi sahilində aşkarlanıb.

Qeyd edək ki, noyabrın 4-də Xəzər dənizinin Xaçmaz sahilində içərisində 3 nəfərin olduğu balıqçı qayığı ilə əlaqə kəsilmişdi. Onların axtarışına Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin xilasediciləri, helikopteri cəlb olunmuşdu.

Bir gün sonra balıqçılardan birinin - Tikanoba kənd sakini Həmzə Nurəddinovun meyidi sahildən 500 metr içəridə tapılıb. Meyit Xəzər dənizinin Xaçmaz rayonunun Çayqaraqaşlı kəndi istiqamətində aşkarlanıb.

Noyabr ayının 12-də isə balıqçı İlqar Daşdəmirovun meyitdi dənizin Niyazabad kəndi sahilində tapılaraq ailəsinə təhvil verilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/382154.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR