Kosta "Çelsi"ni tərk edir?

"Çelsi"nin hücumçusu Dieqo Kosta yenidən "Atletiko"da oynamağın əleyhinə deyil.

Metbuat.az "Cadena Ser"ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu artıq istəyini Madrid klubunun rəhbərliyinə də çatdırıb. Kostanın geri dönüşünün mövsümün sonunda reallaşmaq ehtimalı var. Məlumata görə, onun müqabilində Antuan Qrizmann "zadəganlar"a keçə bilər. Kosta hətta məvacibinin azaldılmasına belə, razıdı.

Cari mövsümdə Premyer Liqada 10 matçda meydana çıxan Dieqo Kosta 2 dəfə fərqlənməklə yanaşı, 2 dəfə də komanda yoldaşlarının qol vurmasına şərait yaradıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR