Yevlax, 13 noyabr, AZƏRTAC
Cari ilin məhsulu üçün Yevlax rayonunda 958 hektar sahədə pambıq becərilib. Bu, ötən illə müqayisədə 119 hektar çoxdur.
Yevlax rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, torpaq mülkiyyətçiləri bu günə qədər 3302 ton məhsul toplayıblar. Yığılan pambıq əsasən “Qarabağ” Regional MKT-nin Yevlax məntəqəsinə təhvil verilir.
Tarlalarda pambıq yığımı davam edir.