Devalvasiyanın ən təhlükəli nəticəsi

Devalvasiyanın ən təhlükəli nəticəsi
15:16 13 Noyabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+

İlin əvvəlində baş vermiş devalvasiya ötən müddət ərzində yoxsulları daha da yoxsullaşdırıb, varlıları bir qədər də varlandırıb.

ANS PRESS-in məlumatına görə, bu disbalans Azərbaycan Mərkəzi Bankının (AMB) 2015-ci ilin 9 ayı üzrə pul siyasəti barədə icmalında dərc olunmuş rəqəmlərdən daha aydın görünür.

AMB-nin icmalında Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən bildirilir ki, 2015-ci ilin 9 ayında orta illik inflyasiya 3,7% təşkil edib. İlk baxışdan bunu əhalinin güzəranı baxımından yetərincə əlverişli inflyasiya rəqəmi saymaq olar. Hər halda, 2015-ci il fevral ayının sonunda baş vermiş qəfil devalvasiya nəticəsində milli valyuta bir gecə ərzində 34%-ə qədər dəyər itirdi.

Son iki il üzrə Azərbaycanda inflyasiyanın miqyası, %-lə


Vətəndaşlar narahatlıqla ölkə üzrə bütün qiymətlərin də bunun ardınca proporsional şəkildə artacağını gözləyirdi. Göründüyü kimi, bu, baş vermədi və bu baxımdan 9 ay ərzinə ölkə üzrə adambaşına düşən pul gəlirlərinin 4,5% artmasını normal saymaq olar.

Amma icmalın digər məlumatlarından görünür ki, bu, belə deyil. 2015-ci ilin 9 ayında ev təsərrüfatlarının istehlak xərcləri ötən ilin uyğun dövrünə baxanda 19,3% artıb. Göründüyü kimi, real olaraq əhalinin xərcləri 15%-ə qədər artıb.

Nazirlər Kabinetinin sabiq şöbə müdiri, iqtisadçı ekspert Oqtay Haqverdiyev rəsmi inflyasiya göstəricisi ilə istehlak xərclərinin artımı göstəricisi arasında uyğunsuzluğu statistikanın aparıldığı metodika da görür. “Dövlət Statistika Komitəsi inflaysiya göstəricisini beynəlxalq normativ əsasında aparır - buraya 575-ə qədər məhsulun adı daxildir.

Həmin məhsullar sırasına hətta qara kürü də daxildir. Buna görə də inflyasiya göstəricisi aşağı alınır. Amma müstəqil ekspertlər, QHT-lər inflyasiya göstəricisini xalqın əsas istehlak malları üzrə hesablayırlar. Buna görə, real rəqəmlər 17-20% səviyyəsində alınır ki, bu da istehlak xərclərinin artımı göstəricisinə uyğundur”,- deyə Oqtay Haqverdiyev ANS PRESS-ə bildirib.


Oqtay Haqverdiyev - Nazirlər Kabinetinin sabiq şöbə müdiri


İqtisadçı ekspertin sözlərinə görə, indi ortabab ailələrinin gəlirlərinin 60 faizdən çoxu ərzaq alınmasına gedir: “Ölkə üzrə varlı yaşayanların payı 7-8% faiz təşkil edir. Qalanlar isə ortabablar və yoxsullardır. Mən pensiyaçılarla tez-tez ünsiyyətdə oluram. Onların gəlirləri əsasən ərzağa və qidaya gedir. 1990-cı illərdə əhalinin gəlirlərinin 70-80 faizə qədəri ərzaqa gedirdi. Sonradan bu rəqəm 60 faiz ətrafına düşdü. Devalvasiya bu göstəricini yenidən pisləşdirdi”.

Bazarda aparılan araşdırmalar devalvasiyanın ölkə əhalisi içində azlıq təşkil edən varlılar üçün yeni imkanlar yaratdığını göstərir. Bahalı geyimlər - şubalar, brend kostyumlar və s. 20 faizə qədər ucuzlaşıb. Təzə xarici avtomobillərin qşiyməti də 10 faizə qədər düşüb. Evlərin qiymətində isə ilin əvvəli ilə müqayisədə 20 faiz ucuzluq müşahidə edilir. Yəni varlı azərbaycanlılar devalvasiyadan çox məmnundurlar.

Son illər üzrə pərakəndə ticarət dövriyyəsinin artəm dinamikası, %-lə


Amma əhalinin ortabab hissəsinin yoxsullaşması cəmiyyətdə sosial gərginlik təhlükəsini artırır. Sosioloqlar bunu qloballaşma dövrünün ən böyük problemlərindən sayırlar. Məsələn, Virciniya və İllinoys universitetlərinin apardığı araşdırmaya görə, bu, hətta dünyanın ən varlı ölkələrindən olan ABŞ-da insanların həyatdan narazılığına səbəb olur. Araşdırmada bunun əsas səbəbi kimi, ABŞ ailələrinin 60 faizindən çoxunun aşağı gəlirli olması və onların sayının getdikcə artması göstərilir.

Buna görə, Oqtay Haqverdiyev hökuməti qiymətlərin cilovlanmasına və əhalinin gəlirlərinin artırılmasına istiqamətlənən addımlar atmağa çağırıb:

“Maaşların, pensiyaların artırılması ilə burda heç nəyə nail olmaq mümkün deyil. İstehlak bazarına 3-4 adam nəzarət edir. Maaşlar artan kimi dərhal qiymətləri qaldırırlar. Ona görə də əvvəlcə bu inhisarçılar aradan qaldırılmalıdır. Həm də kölgə iqtisadiyyat leqallaşdırılmalıdır. Mənim hesablamalarıma görə, Azərbaycan iqtisadiyyatının 30-35 faizi vergi nəzarətindən kənardadır”.

Məntiq aydındır, gizli iqtisadiyyatın vergi nəzarətinə cəlbi təbii ki, büdcə gəlirlərini, uyğun olaraq büdcədən maliyyələşən iş yerlərində maaşları artırar. Həmçinin leqallaşan iş yerləri işçiləri vaxtından çox istismar edə bilməz və bu da da real iş yerlərinin artmasına səbəb olar. Bu isə ailə gəlirlərinin artması ilə nəticələnər.

Azərbaycanda rubl davası

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Gülnarə Xəlilova: Azərbaycanda İslamiada kimi tədbirlərin keçirilməsi ölkəmizin öncüllərdən olduğunu göstərir

22 May 2017 19:36

"Azərbaycan" jurnalının yeni sayı

22 May 2017 19:36

"Sənin ölməyini gözləyə bilmərəm, evi adıma keçir" - oğlundan Əmraha

22 May 2017 19:32

Baş məqşçi: "Əsəs hədəfimiz dünya çempionatın seçmə mərhələsidir"

22 May 2017 19:27

Günay: "Hələ beləsi olmayıb" - FOTO

22 May 2017 19:22

Beyninə qan sızan meyxanaçı Kərimdən YENİ XƏBƏR

22 May 2017 19:22

"Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi idmanın təbliği baxımından əhəmiyyətlidir"

22 May 2017 19:22

Yüngül siqaretlər ağciyər xərçənginə ikiqat meyillidir

22 May 2017 19:18

Bu ilin əvvəlindən "DDoS" hücumlar azalıb

22 May 2017 19:17

Berlində bomba həyəcanı:

22 May 2017 19:13

BİABIRÇILIQ! Qoca kişi gəlinlikdə rəqs edir - VİDEO

22 May 2017 19:12

Premyer Liqada mövsümün qolunu ƏMRƏ CAN vurdu - VİDEO

22 May 2017 19:12

Qriqorçuk onu geri qaytardı - FOTO

22 May 2017 19:07

Bakıda iki qardaşın ölməsi ilə nəticələnən yanğının DETALLARI - FOTO

22 May 2017 19:05

Yerli məşhurlar və övladları - FOTOLAR

22 May 2017 18:57

O gözəl futbolçulara verdiyi sözü tutacaq? - FOTOLAR

22 May 2017 18:57

FHN Binəqədidəki yanğınla bağlı məlumat yayıb

22 May 2017 18:55

Bit bazarından 20 manata aldı, 700 min manata satacaq

22 May 2017 18:53

Beynəlxalq “Türk dünyasının ortaq dili - naxışlar” simpoziumu keçirilib

22 May 2017 18:52

Ruhani: "ABŞ-ərəb sammiti tamaşadır"

22 May 2017 18:52

Orqanizmi qocalmağa qoymayan 6 cavanlıq cövhəri haqqında bilmədikləriniz

22 May 2017 18:48

Aparıcı Şəhriyar: "Saçıma dən düşməyi məni sevindirir"

22 May 2017 18:47

® “DəmirBank” ASC 2017-ci ildə xidmətləri satınalınması məqsədi ilə tender elan edir

22 May 2017 18:39

Aygün Kazımova türkiyəli müğənnilərdən şikayət etdi

22 May 2017 18:37

Meksikada ağır yol qəzası

22 May 2017 18:37

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

22 May 2017 18:36

Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM

22 May 2017 18:34

Türkiyədə dizel yanacağının qiyməti qaldırılır

22 May 2017 18:32

Makronun qələbəsi: geosiyasi və daxili ziddiyyətlərin fonunda

22 May 2017 18:32

"Bank of Baku" İnternet Bankçılıq xidmətini yeni funksiyalarla təkmilləşdirir

22 May 2017 18:29

15 iyul çevrilişinin 1-ci generalı: "Kaş ölərdim, bu günləri görməzdim"

22 May 2017 18:29

Günay Musayeva eks əri haqda danışdı - VİDEO - FOTO

22 May 2017 18:27

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib

22 May 2017 18:27

"Qarabağ"dan ayrıldı, "Qəbələ"yə gedir - SON ANDA

22 May 2017 18:27

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib - FOTO

22 May 2017 18:27

Azərbaycan gözəlləri

22 May 2017 18:26

Bank "BTB"nin "MasterCard" sahiblərinə yeni müjdə

22 May 2017 18:22

Bakıda "X5"lə avtoqəza törətmiş şəxs restoran sahibi olub?

22 May 2017 18:22

Azərbaycanda tanınmış baş həkim vəfat etdi

22 May 2017 18:19

İranlı modeli hədələdilər: "Döşlərini kəsəcəyik" - FOTO

22 May 2017 18:18

Bakıda vətəndaş maşını piyada keçidində saxlayan sürücüyə dərs keçdi - FOTO

22 May 2017 18:17

"Qəbələ"dən Elvin Məmmədov açıqlaması - RƏSMİ

22 May 2017 18:17

Ruhani: ABŞ-ərəb sammiti tamaşadır

22 May 2017 18:15

"Azər Türk Bank" bu dəfə Qəbələ gənclərinə təlim keçib

22 May 2017 18:15

Firəngiz Əlizadə təltif edildi

22 May 2017 18:11

"Real"ın futbolçuları çempionluğu belə qeyd elədi - VİDEO -

22 May 2017 18:09

Fatma Səttarovaya Prezidentin fərdi təqaüdü verildi

22 May 2017 18:09

Qızı elektrik cərəyanı vurub, relslərin üstünə çırpdı - FOTO

22 May 2017 18:08

Məşhur aktrisaya xərçəng diaqnozu qoyuldu: Təcili əməliyyata aparılır

22 May 2017 18:05

İbrahim Quliyev “Şöhrət” ordeni ilə təltif edildi

22 May 2017 18:04