Moskvada Nar günü qeyd olunub

Moskvada Nar günü qeyd olunub
16:43 13 Noyabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC
Noyabrın 12-də Moskvada uşaq evinin sakinləri üçün Azərbaycanın simvolu olan nara həsr edilmiş Nar bayramı keçirilib.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Rusiya-Azərbaycan Dostluğu Mərkəzi tərəfindən təşkil olunmuş tədbir rusiyalı uşaqları dost Azərbaycan xalqının mədəni ənənələri ilə tanış etmək məqsədi daşıyıb.
Uşaq evinin sakinləri bayramı beynəlxalq dostluq mövzusuna həsr edilmiş əl işləri və rəsmlərdən ibarət sərgi ilə açıb. Ən yaxşı işlər hədiyyələrlə mükafatlandırılıb.
Tədbirə dəvət olunmuş artistlər bayram atmosferinə xüsusi rəng qatıb, uşaqları Azərbaycanın musiqi irsi ilə tanış ediblər. Sonra Azərbaycanda keçirilən ənənəvi Nar bayramından bəhs edən film nümayiş olunub.
Bayram tədbirləri estafeti xalq oyunları festivalı ilə davam edəcək. Gənc qonaqlar Rusiya və Azərbaycan milli oyunlarında iştirak edəcəklər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Moskvada_Nar_gunu_qeyd_olunub-901780

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR