Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Kikboksçularımız Hollandiyada beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar

Kikboksçularımız Hollandiyada beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar

Azərbaycan-İran kikboksçuları üz-üzə (02 Mart 2017 11:38)
Azərbaycan və İran kikboksçuları üz-üzə (01 Mart 2017 20:52)

Tarix: 13 Noyabr 2015 18:03


Bakı, 13 noyabr, AZƏRTAC 
Azərbaycan kikboksçuları Xəyal Əhmədov (81 kq) və Nicat Nəcəfzadə (51 kq) noyabrın 28-də Hollandiyanın Eindhoven şəhərində keçiriləcək K-1 versiyası üzrə beynəlxalq turnirdə iştirak edəcəklər.
Bu barədə AZƏRTAC-a Azərbaycan Kikboksinq Federasiyasından bildiriblər.
İdmançılara rəhbərlik edəcək “Caspian” kikboksinq klubunun direktoru Aydın Nəcəfzadənin sözlərinə görə, təmsilçilərimiz peşəkar kikboksinq üzrə reytinq döyüşlərində mübarizə aparacaqlar.
On beşə yaxın ölkədən idmançıların iştirak edəcəyin beynəlxalq turnirin təşkilatçısı “A1 World Combat Cup”dır.


Teqlər:  Kikboksçularımız Hollandiyada beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar



RƏYLƏR


Top xəbərlər