
“Stad De Frans” stadionu qarşısında isə 2 terrorçu özünü partladıb, bir qədər əvvəl sadalanan restoran və barları isə terrorçular Kalaşnikov avtomatları ilə güllə yağışına tutub. Şahidlərdən biri terrorçunun Kamboca restoranın vitrin şüşələrinə 100-ə yaxın güllə buraxdığını bildirir. İtkilərin sayı hələ dəqiqləşdirilir. Vəziyyətlə bağlı Fransa prezidenti ölkədə fövqəladə vəziyyət elan edib, ölkə sərhədləri bağlanıb. Parisin 5 metro xəttində hərəkət qeyri-müəyyən müddətə dayandırılıb, Orli Aerportunda isə bütün hava reysləri təxirə salınıb. Hökümət sakinləri evlərində qalmasına göstəriş verib. Terrorçuların zərərsizləşdirilməsi və sabitliyin bərpa olunması üçün Fransa ordusu və təhlükəsizlik qüvvələri, Parisə cəlb olunub.
Dövlət telekanalı ilə çıxışında Oland xalqı terrorçulara qarşı möhkəmə və bir olmağa çağırıb. Bu ay Parisdə keçiriləcək qlobal iqlim konfransı ərəfəsində Fransada terror hücumlarının keçiriləcəyi ilə bağlı ehtimallar əvvəldən mövcud olub.







