Bu gecə Fransanın paytaxtı Paris və ətrafında törədilədilən terror aktlarında və silahlı hücumlarda azı 160 nəfər həyatını itirib.

ANS PRESS-in məlumatına görə, hücumlar əsas “Bataclan” incəsənət mərkəzi və onun konsert zalı, "Kamboca" restoranı, “Le Karilyon” barı, “Les Halz” ticarət mərkəzi, "Bellek Ekip" barı və Fransa və Almaniya arasında futbol üzrə yoldaşlıq matçının keçirildiyi yerlərdə baş verib.

Məlumata görə, terrorçular hücum zamanı qisas aldıqları barədə bəyanatlar veriblər. Amma nəyin qisasını aldıqları hələlik məlum deyil. Hücumlardan sonra İŞİD terror təşkilatı sosial şəbəkələrdə hadisəni onlar tərəfindən törədildiyini bəyan ediblər. Bəzi mənbələr iddia edir ki, bu terror aktı ötən gün koalisiya qüvvələrinin keçiridiyi əməliyyatın nəticəsidir.

Ötən gün həyata keçirilən əməliyyatda İŞİD-in ən güclü cəlladı adını qazanan “Cihadçı Con”-a qarşı əməliyyat keçirilmişdi.

Fransanın qana bulayan səbəblər (FOTO)
Terrorun baş verdiyi ərazilər


Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynlinin sözlərinə görə, bu terror aktı Fransada şərqdən gələn miqrantlara göstərilən sərt münasibətin nəticəsidir: Fransa Avropada miqrantların ən çox yaşadığı dövlətlərdən biridir. Onların əksəriyyəti isə qiyam əhval – ruhiyəli insanlardır. Bu ölkədə dəfələrlə miqrantların təşkil etdiyi terror aktları baş verib. Digər tərəfdən bu ölkədə Avropanın digər dövlətlərinə nisbətən millətçilik daha çoxdur”.

Fransanın qana bulayan səbəblər (FOTO)
Qabil Hüseynli - Sabiq dövlət müşaviri, politoloq

Politoloq bildirir ki, bütün bunlar Fransada terror şəbəkəsinin mövqelərini gücləndirir: “Fransada digər Avropa dövlətlərində nisbətən miqrantlar əleyhinə daha çox bəyanatlar sələndirilir. Elə bu məqsədlə də terror aktı üçün bu ölkə seçilir ki, Avropanın digər ölkələri miqrantlara qarşı sərt qanunlardan və tələblərdən çəkinsinlər”.

Fransanın qana bulayan səbəblər (FOTO)

Yaxın şərqdəki münaqişələrə dəstək verməklə özlərini bəlaya salan Avropa dövlətləri indi həmin dəstəyin nəticələrini hiss etməyə başlayıblar. Elə bu səbəbdən də terror hücumları Fransa – Almaniya futbol matçında və ABŞ-ın rok klupunun konsertində baş verib. Bu isə göstərir ki, terror aktı təkcə fransızlara qarşı deyil, bütün Qərb dövlətlərinə qarşı təşkil edilib. Yəqin ki, ABŞ və müttəfiqləri bundan sonra daha ciddi addımlar atacaqlar.

Qabil Hüseynilin sözlərinə görə, G20 sammitində dövlətlər arasında terrorçuluğa qarşı konkret qərarlar qəbul edilə bilər.

“Suriya və İraqda terrorçulara qarşı hətta quru əməliyyatları başlaya bilər. Amma burada Rusiyanın Qərb dövlətləri ilə birlikdə iştirakı real görünmür. Çünki Rusiya bir neçə dəfə verdiyi sözləri tutmadığı üçün bu ölkəyə Qərb dövlətlərinin etimadı qalmayıb”.

Fransanın qana bulayan səbəblər (FOTO)
Terror hadisəsinin baş verdiyi yerin yaxınlığında yerləşən stadion


Oktabrın 31-də isə Rusiyaya məxsus təyyarənin Misirdə qəzaya uğraması nəticəsində hava gəmisində olan sərnişinlərin hamısı həyatını itirdi. Bundan sonra ABŞ və Avropa dövlətləri israrla qəzanın terror aktı olduğunu qeyd etdi.

Rusiya və Misir hökümətləri bu iddiaları təkzib etdilər. Heç bir ay keçmədən Avropanın ən təhlükəsiz dövlətlərindən biri Fransa Misirdəki terror aktını törətdiyi iddia edilən İŞİD-in hədəfinə çevrildi. Maraqlıdır ki, hər iki terror aktı müsəlmanlarla əlaqələndirilir. Bütün bunlar isə dünyada anti – islam əhval –ruhiyyəsini daha artıracaq.

Yəqin ki, bundan sonra Avropa dövlətləri miqrantlara qarşı sərt olan qanunlarını daha da sərtləşirəcək və hətta onların qitəyə daxil olması üçün ən qəddar addımlarını atacaqlar. Bütün baş verənlər göstərir ki, kimlərsə günahsız insanları və islamı alətə çevirərək öz maraqlarını həyata keçirir.

Fransanın qana bulayan səbəblər (FOTO)
Fransanın qana bulayan səbəblər (FOTO)
Terror aktı baş verdikdən sonra


Həmçinin oxuyun: Fransada terror nəticəsində ölənlərin sayı çoxaldı (YENİLƏNİB)

“Bataclan”dan dəhşətli mesaj: hamını kəsirlər

Terrorçular Parisdə baş kəsdilər

Girov böhranı bitdi: 118 ölü var

Olland G20-dən imtina etdi (FOTO, VİDEO)

Parisdə ölənlərin sayı 150-ni ötdü (FOTO, VİDEO)

İlham Əliyev başsağlığı verdi