ANS PRESS-in məlumatına görə, bu barədə “Sky News” xəbər verib.
Terror aktları törədənlərdən üç nəfəri Belçikanın paytaxtı Brüsseldə yaşayıb. Onların miqranların yaşadığı ərazidən gəldiyi güman edilir.Həmçinin, Parisin mərkəzində yerləşən “Stad de Frans” stadionu yaxınlığında partlayış törədən terrorçulardan birinin üzərində Misir pasportu aşkarlanıb. Bundan əvvəl Yunanıstan rəsmiləri Parisdəki terror aktlarının törədilməsində iştirak edən və üzərində Suriya pasportu aşkarlanan terrorçunun bu ilin oktyabrında Yunanıstandan keçərək Avropaya gəldiyini bildiriblər.

Dünən axşam paytaxtı Paris və ətrafında törədilən silsilə partlayışlar və silahlı hücumlar nəticəsində ən azı 153 nəfərin həyatına son qoyub. Gecə saatlarında yaşanan zəncirvari terror aktları paytaxt sakinlərinin təşvişinə səbəb olub. Terrorçuların əlaqələndirilmiş şəkildə həyata keçirdiyi terror aktlarının, partlayış və avtomat silahlarla edilən hücumların əsas hədəfləri “Bataclan” incəsənət mərkəzi və onun konsert zalı, "Kamboca" restoranı, “Le Karilyon” barı, “Les Halz” ticarət mərkəzi, "Bellek Ekip" barı və Fransa və Almaniya arasında futbol üzrə yoldaşlıq matçının keçirildiyi və ölkə başçısı Fransua Ollandın da həmin matçda tamaşaçı qismində iştirak etdiyi “Stad De Fransa” stadionun qarşısı olub.

Hadisə baş verən ərazilər
Terror hadisələri ilə bağlı Fransada fövqəladə vəziyyət elan edilib, sərhədlər bağlanılıb və əhaliyə ehtiyac olmadığı təqdirdə küçəyə çıxmamaq tapşırılıb. Baş vermiş hadisələrlə əlaqədar olaraq, Fransa höküməti ölkədə 3 günlük matəm elan edib.
Fransada terror nəticəsində ölənlərin sayı çoxaldı (YENİLƏNİB)
“Bataclan”dan dəhşətli mesaj: hamını kəsirlər
Terrorçular Parisdə baş kəsdilər
Girov böhranı bitdi: 118 ölü var
Olland G20-dən imtina etdi (FOTO, VİDEO)
Parisdə ölənlərin sayı 150-ni ötdü (FOTO, VİDEO)
İlham Əliyev başsağlığı verdi
Fransada üç günlük matəm elan edildi
Fransanı qana bulayan səbəblər (FOTO)