UEFA Fransadakı terror aktı ilə bağlı qərar qəbul edib.

ANS PRESS-in məlumatına görə, UEFA-nın qərarına əsasən, qarşıdakı günlərdə bütün qarşılaşmalardan əvvəl terror qurbanlarını 1 dəqiqəlik sükutla yad ediləcək.

Bununla yanaşı komandalar meydana qara sarğı ilə çıxacaq.

UEFA Parisdəki qanlı terrorla bağlı qərar verdi (VİDEO, FOTO)

Fransa paytaxtı Paris və ətrafında törədilən silsilə partlayışlar və silahlı hücumlar ən azı 153 nəfərin həyatına son qoyub. Gecə saatlarında yaşanan zəncirvari terror aktları paytaxt sakinlərinin təşvişinə səbəb olub.

Terrorçuların əlaqələndirilmiş şəkildə həyata keçirdiyi terror aktlarının, partlayış və avtomat silahlarla edilən hücumların əsas hədəfləri “Bataclan” incəsənət mərkəzi və onun konsert zalı, "Kamboca" restoranı, “Le Karilyon” barı, “Les Halz” ticarət mərkəzi, "Bellek Ekip" barı və Fransa və Almaniya arasında futbol üzrə yoldaşlıq matçının keçirildiyi və ölkə başçısı Fransua Ollandın da həmin matçda tamaşaçı qismində iştirak etdiyi “Stad De Fransa” stadionun qarşısı olub.

UEFA Parisdəki qanlı terrorla bağlı qərar verdi (VİDEO, FOTO)
Hadisə baş verən ərazilər

Terror hadisələri ilə bağlı Fransada fövqəladə vəziyyət elan edilib, sərhədlər bağlanılıb və əhaliyə ehtiyac olmadığı təqdirdə küçəyə çıxmamaq tapşırılıb. Baş vermiş hadisələrlə əlaqədar olaraq, Fransa höküməti ölkədə 3 günlük matəm elan edib.



Fransada terror nəticəsində ölənlərin sayı çoxaldı (YENİLƏNİB)
“Bataclan”dan dəhşətli mesaj: hamını kəsirlər
Terrorçular Parisdə baş kəsdilər
Girov böhranı bitdi: 118 ölü var
Olland G20-dən imtina etdi (FOTO, VİDEO)
Parisdə ölənlərin sayı 150-ni ötdü (FOTO, VİDEO)
İlham Əliyev başsağlığı verdi
Fransada üç günlük matəm elan edildi
Fransanı qana bulayan səbəblər (FOTO)