Fransa prezidenti Fransua Olland Fransa - Almaniya matçının gedişinda baş verən terror zamanı azarkeşlərin stadiondan təxliyəsi ideyasını rədd edib.

ANS PRESS-in məlumatına görə, prezident qarşılaşmanın keçirildiyi "Stad de Frans" stadionun ən təhlükəsiz yer olduğunu düşünərək bu qərarı verib.

Terror zamanı Fransa - Almaniya qarşılaşması təxirə salınmayıb və azarkeşlərin stadionun tərk etməsinə icazə verilməyib. Fransa prezidenti hesab edib ki, azarkeşlər stadionu tərk edəcəyi təqdirdə, terror qurbanlarının sayı çox ola bilər.

Fransa prezidenti azarkeşləri necə xilas etdi
Fransua Olland

Olland birinci partlayışdan sonra özü stadionu tərk etmişdi. Paris və ətrafında törədilən silsilə partlayışlar və silahlı hücumlar nəticəsində ən azı 153 nəfərin həyatına son qoyub. Gecə saatlarında yaşanan zəncirvari terror aktları paytaxt sakinlərinin təşvişinə səbəb olub. Terrorçuların əlaqələndirilmiş şəkildə həyata keçirdiyi terror aktlarının, partlayış və avtomat silahlarla edilən hücumların əsas hədəfləri “Bataclan” incəsənət mərkəzi və onun konsert zalı, "Kamboca" restoranı, “Le Karilyon” barı, “Les Halz” ticarət mərkəzi, "Bellek Ekip" barı və Fransa və Almaniya arasında futbol üzrə yoldaşlıq matçının keçirildiyi və ölkə başçısı Fransua Ollandın da həmin matçda tamaşaçı qismində iştirak etdiyi “Stad De Fransa” stadionun qarşısı olub.

Fransa prezidenti azarkeşləri necə xilas etdi

Ən qanlı hadisə “Batalcan” incəsənət mərkəzində baş verib. Terorçular ətrafda olan bir neçə nəfəri qətlə yetirdikdən sonra konsert zalına daxil olublar və xeyli sayda insanı girov götürüblər. Ölkə rəhbərliyinin göstərişi ilə xüsusi təyinatlı əməliyyat keçirilib, reyddən xəbər tutan intiharçı-terrorçular üzərlərində olan partlayıcı kəməri işə salaraq, 2 güclü partlayış törədiblər. Nəticədə, ən azı 100 nəfərin həlak olduğu bildirilir. Xüsusi təyinatlılar 2 terrorçunu zərərsizləşdiriblər.

Baş vermiş hadisələrlə əlaqədar olaraq, Fransa höküməti ölkədə 3 günlük matəm elan edib.



Fransada terror nəticəsində ölənlərin sayı çoxaldı (YENİLƏNİB)

“Bataclan”dan dəhşətli mesaj: hamını kəsirlər

Terrorçular Parisdə baş kəsdilər

Girov böhranı bitdi: 118 ölü var

Olland G20-dən imtina etdi (FOTO, VİDEO)

Parisdə ölənlərin sayı 150-ni ötdü (FOTO, VİDEO)

İlham Əliyev başsağlığı verdi

Fransada üç günlük matəm elan edildi

Fransanı qana bulayan səbəblər (FOTO)