Dünyanın "yaşayan ən seksual kişisi" seçilib. ANS PRESS-in məlumatına görə, bu ada ingilis futbolçu Devid Bekhem layiq görülüb. Onu bu ada "People" jurnalı layiq görüb. Jurnal bu siyahını hər il ənənəvi olaraq tərtib edir.

Keçmiş "Space Girl" qrupunun üzvü, modelyer və iş qadını olan Viktoriya Bekhem ilə evili olan futbolçu 4 uşaq atasıdır. 40 yaşlı Bekhemdən öncə bu adın sahibi aktyor Kris Hemsvorth olub.

Bekhem bu ada layiq görülməsini kariyerasının ən yaxşı anlarından biri adlandırıb. Hətta o zarafat da edib və bu siyahının lideri seçilməsində köməyi olanlara təşəkkür etməyi də unutmayıb. "İlk olaraq məni dünyaya gətirən ailəmə, sonra isə stilistimə, saç austama və fotoşopa təşəkkür etmək lazımdır"...

Yaşayan ən seksual kişi seçildi (FOTO)
D.Bekhem 3 yaşlı qızı Seven Harper ilə

Yaşayan ən seksual kişi seçildi (FOTO)
Futbolçu 3 oğlu ilə matç seyr edir

Keçmiş futbolçu jurnala açıqlamasında özünü heç zaman seksual hiss etmədiyini deyib. "Gözəl geyimlər, dəstlər geyinməyi sevirəm. Bu zaman özümü də yaxşı hiss edirəm. Amma heç zaman seksual olduğumu düşünməmişəm".

Devid Bekhem üç uşaq atasıdır. Onun üç yeniyetmə oğlu və 3 yaşlı qızı var.

Yaşayan ən seksual kişi seçildi (FOTO)
Devid və Viktoriya Bekhem

Yaşayan ən seksual kişi seçildi (FOTO)