Fransa polisi Paris ətrafıında yerləşən Monruj şəhərində detonatorsuz "intihar kəməri" aşkarlayıb.
Milli.Az anspress-ə istinadən bildirir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarının mətbuat xidməti xəbər verib.
Hadisə yeri polis tərəfindən əhatəyə alınıb. Polisin rəsmi nümayəndəsi hazırda xüsusi xidmət orqanları tərəfindən qayışın muayinə edildiyi və onun Parisdə olan terror aktları üçün hazırlanıb-hazırlanmaması barədə araşdırma apardığını qeyd edib. İlkin məlumata görə, "intihar kəməri" Monruj şəhərində zibil qutusunda tapılıb. Onun üzərində partlayıcı qurğunu yerləşdirmək üçün iki yer olub biri - qarında digəri isə kürəkdə.

Noyabrın 13-də Paris və ətrafında törədilən silsilə partlayışlar və silahlı hücumlar nəticəsində ən azı 153 nəfərin həyatına son qoyub. Gecə saatlarında yaşanan zəncirvari terror aktları paytaxt sakinlərinin təşvişinə səbəb olub. Terrorçuların əlaqələndirilmiş şəkildə həyata keçirdiyi terror aktlarının, partlayış və avtomat silahlarla edilən hücumların əsas hədəfləri "Bataclan" incəsənət mərkəzi və onun konsert zalı, "Kamboca" restoranı, "Le Karilyon" barı, "Les Halz" ticarət mərkəzi, "Bellek Ekip" barı və Fransa və Almaniya arasında futbol üzrə yoldaşlıq matçının keçirildiyi və ölkə başçısı Fransua Ollandın da həmin matçda tamaşaçı qismində iştirak etdiyi "Stad De Fransa" stadionun qarşısı olub.

Ən qanlı hadisə "Batalcan" incəsənət mərkəzində baş verib. Terorçular ətrafda olan bir neçə nəfəri qətlə yetirdikdən sonra konsert zalına daxil olublar və xeyli sayda insanı girov götürüblər. Ölkə rəhbərliyinin göstərişi ilə xüsusi təyinatlı əməliyyat keçirilib, reyddən xəbər tutan intiharçı-terrorçular üzərlərində olan partlayıcı kəməri işə salaraq, 2 güclü partlayış törədiblər. Nəticədə, ən azı 100 nəfərin həlak olduğu bildirilir. Xüsusi təyinatlılar 2 terrorçunu zərərsizləşdiriblər.
Milli.Az
