Müğənni Orxan Gəncəbayın ilk həyat yoldaşı Əzizə Gəncəbay 15 il fasilədən sonra kameralara tuş gəlib.
Axşam.az-ın "Posta"ya istinadən məlumatına görə, Əzizə Orxanla 1970-ci illərdə "Beyaz kelebekler" qrupunda solistlik edərkən tanış olub və ailə qurub.
Jurnalistlərin suallarını cavablandıran müğənni xanım ikinci dəfə ailə qurduğu üçün O.Gəncəbaydan incimədiyini deyib:
"Uşağımın atasıdır. Hər zaman Sevim xanıma (Orxan Gəncəbayın indiki həyat yoldaşı -red.) və Orxan bəyə hörmət etmişəm".
Hələ də O.Gəncəbayla rəsmi nikahda olduğu deyilən Əzizə bunu yalan adlandırıb.
Müğənni soyadını dəyişmək fikrində olmadığını da deyib:
"Uşağımız var, bu haqda heç vaxt düşünməmişəm".
Qeyd edək ki, 1969-cu ildə ailə quran, qısa müddət sonra isə ayrılan Orxanla Əzizənin Altan adlı bir oğlu var.
Milli.Az


