Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yeni ünvan sisteminin qurulması işi və ünvan vermə prosesi davam etdirilir

Yeni ünvan sisteminin qurulması işi və ünvan vermə prosesi davam etdirilir

Date: 2 December 2015 15:18


Bakı, 2 dekabr, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycanda beynəlxalq standartlara uyğun yeni ünvan sisteminin qurulması işini və ünvan vermə prosesini uğurla davam etdirir. Komitə tərəfindən ölkənin ünvan tarixində ilk dəfə olaraq respublika üzrə ünvan məlumatları bir virtual mərkəzdə toplanıb, ünvanların elektron idarə edilməsinə nail olunub. Ünvan xəritəsindən çıxarış, obyektlərə ünvanların verilməsi işi elektronlaşdırılıb. Həmçinin ünvan axtarışında naviqasiya sisteminin tətbiqi üçün imkan yaradılıb.
Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yeni qaydalara əsasən, ünvan vermədə bu günədək qüvvədə olan "bina ünvanı konsepsiyası" deyil, "giriş ünvanı konsepsiyası" tətbiq olunur. Ünvanlar binalara yox, binanın hər bir girişinə ayrıca verilir. Hazırda Ünvan Reyestri İnformasiya Sistemində ölkənin 6 şəhəri, 50 rayonu üzrə 6705 küçə və prospektindəki daşınmaz əmlak obyektlərinə yeni qaydalara uyğun təyin edilmiş 603 min 126 giriş ünvanı, 335 min 037 ədəd daxili ünvan məlumatları mövcuddur. Bakı şəhərinin 758 küçə və prospektində, Gəncə şəhərinin 846 küçə və prospektində, Sumqayıt şəhərinin 195 küçə və prospektində yeni qaydalara uyğun ünvanvermə işi yekunlaşıb. Bütün bu məlumatlar Ünvan Reyestri İnformasiya Sisteminə daxil edilib. Komitənin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən 45 rayonun 1259 kənd yaşayış məntəqələri üzrə 13 min 527 adsız küçə formalaşdırılıb. Yaxın 2 ay ərzində onların adlandırılması ilə bağlı müvafiq rayon icra hakimiyyəti orqanlarına müraciət olunacaqdır.
Bunlarla yanaşı, Azərbaycanda ünvan lövhələrinin müasir standartlara uyğun olaraq yeni dizaynda quraşdırılması işi həyata keçirilir. Hazırda komitə tərəfindən yeni dizaynda informasiya, park informasiya lövhələrinin və küçə istiqamətləri qurğularının küçə və prospektlərdə, parklar və xiyabanlarda quraşdırılması işləri davam etdirilir. Bakıda 340 ədəd nəqliyyat infrastrukturu obyektində ünvan lövhəsi, 5 ədəd informasiya lövhəsi, 16 ədəd park informasiya lövhəsi, 30 ədəd küçə istiqamət nişanları quraşdırılıb.
Yeni ünvan sisteminin yaradılması ünvanların tez və rahat tapılmasına imkan verəcək, eləcə də müxtəlif xidmətlər göstərən dövlət qurumlarının işini asanlaşdıracaq. Ünvan Reyestri İnformasiya Sisteminin imkanlarından istifadə etməklə taksilərdə, digər nəqliyyat vasitələrində quraşdırılacaq GPS cihazları ünvan axtarışını xeyli asanlaşdıracaq.

Tags:  Yeni ünvan sisteminin qurulması işi və ünvan vermə prosesi davam etdirilir


RƏYLƏR


Top news