Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

21 Azər hərəkatına həsr olunmuş elmi konfrans

Bakıda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq konfrans keçiriləcək (09 Mart 2017 17:37)
Xocalı Soyqırımının 25-ci ildönümünə həsr olunan elmi-praktik konfrans keçirilib (22 Fevral 2017 12:27)

Tarix: 2 Dekabr 2015 15:33


Bakı, 2 dekabr, AZƏRTAC
Dekabrın 2-də AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə “21 Azər – 70” mövzusunda elmi konfrans keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, institutun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva 21 Azər hərəkatının Azərbaycan tarixində yeri və rolundan, məqsəd və məramından bəhs edib.
AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsini icra edən, akademiyanın müxbir üzvü Nərgiz Axundova 21 Azər hərəkatı ilə bağlı Şərqşünaslıq İnstitutunda aparılan tədqiqatları yüksək dəyərləndirib.
İnstitutun aparıcı elmi işçisi Əkrəm Rəhimli, baş elmi işçi, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi, şöbə müdirləri Vidadi Mustafayev, Səməd Bayramzadə və digər alimlər məruzə ilə çıxış edərək 21 Azər hərəkatının mahiyyətindən danışıb, fikirlərini bölüşüblər.
Sonra məruzələr ətrafında çıxışlar olub.

Teqlər:  Azər hərəkatına həsr olunmuş elmi konfrans



RƏYLƏR


Top xəbərlər