Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakının terrordan qorunmaq yolu

Bakının terrordan qorunmaq yolu

Date: 2 December 2015 16:11

Ötən gün Türkiyənin İstanbul şəhərinin Bayrampaşa metro stansiyası yaxınlığındakı keçiddə güclü partlayış baş verib. Bir müddət əvvəl isə Ankara və Şanlıurfa şəhərlərində onlarla insanın ölümünə yol açan terror aktları törədildi.

Okeanın o tayından - Amerikadan da müntəzəm olaraq kinoteatrlar, xəstəxanalara olan silahlı hücumlar haqda xəbərlər gəlir.

Ötən ay isə Fransanın paytaxtı Parisdə tarixinin ən dəhşətli terror hadisələrindən biri baş verib. Bir-birinin ardınca törədilən 7 terror aktı nəticəsində 132 nəfər həlak olub, 300-yə insan isə xəsarət alıb.


Fransada hadisənin baş verdiyi ərazilər

Fransada baş verən son hadisələrdən sonra Avropanın çox ölkəsində təhlükəsizlik tədbirləri gücləndirildi. Əhaliyə daha diqqətli olmaq, kütləvi insanlar toplaşan yerlərdən uzaq durmaq tövsiyyə edildi. Düzdür, heç kim terror qurbanı olmaqdan sığortalanmayıb. Amma belə hadisələrin baş verməsinin qarşısını almaq, insan təlafatından qaçmaq elə də çətin deyil.

Dünya ölkələri silahlı insidentlər, terrorla mübarizə apardığı dövrdə Azərbaycanda vəziyyət necədir? Gün ərzində minlərlə insanın istifadə etdiyi məkanlarda, əyləncə-ticarət mərkəzlərində, kinoteatrlarda təhlükəsizlik necə təmin edilir?

Əhalinin sıx toplaşdığı məkanların - metro, dəmiryol vağzalı, hava limanının ictimai-texniki təhlükəsizliyi hökumətin əsas diqqət mərkəzindədir.

Bu gün ən yaxşı və güclü təhlükəsizlik xidməti Beynəlxalq Hava limanındadır.
Metroda isə təhlükəsizliyimizi müşahidə kameraları və yoxlama aparan bir necə polis əməkdaşı təmin edir.



"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov dəmiryol vağzallarında təhlükəsizliyin qorunduğunu deyir: "Düzdür, vağzallarda xüsusi bir qurğu yoxdur ki, insanları yoxlasın. Amma vağzala girib-çıxan hər bir şəxs nəzarət altındadır, şübhəli bilinən insan dərhal polis bölməsinə aparılır və orada o, sorğu-sual olunur, əşyaları yoxlanılır. Lakin gələcəkdə fikrimizdə var ki, vağzalara yoxlamalar üçün xüsusi qurğular quraşdıraq və nəzarət kameraları qoyaq".


Nadir Əzməmmədov - "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri


"Bakı Metropoliteni"nində isə son vaxtlar ciddi təhlükəsizlik tədbirləri güclənməsi rast gəlmək mümkündür. Sərnişinlər metroya daxil olarkən polis əməkdaşları tərəfindən çox ciddi şəkildə yoxlanılır. Nardaranda baş verən hadisələrdən sonra isə metronun “20 Yanvar” stansiyasında hava limanında olduğu kimi, dəmir əşyaların tapılması üçün xüsusi aparat yerləşdirilib. Polis şübhələndiyi şəxsləri bu aparatdan keçirərək içəri buraxır.


Bakı metrosunun girişi

Bundan başqa, bu gün Bakının müxtəlif yerlərində yüksək xidmətlər təklif edən əyləncə mərkəzləri, ticarət və istirahət obyektləri yetərincədir. İstər həftəsonu, istərsə də, adi günlərdə yaşından asılı olmayaraq, minlərlə insan bu mərkəzlərə üz tutur, giriş- çıxışda heç bir maneə ilə üzləşmirlər. Bəs, buradakı insanların təhlükəsiz olduğuna kimsə təminat verirmi? Görəsən, bu cür obyektlərdə mühafizə hansı səviyyədədir?

Bakıda əhalinin ən çox üz tutduğu ticarət mərkəzlərindən birinin mətbuat xidmətinin rəhbəri deyir ki, mühafizə və təhlükəsizlik işi ölkə qanunvericiliyi, müvafiq dövlət strukturlarının tələblərinə uyğun şəkildə qurulub. Hüquq mühafizə orqanları ilə sıx əməkdaşlıq şəraitində iş aparılır. Müvafiq dövlət qurumlarının ərazidə mühafizə işi yüksək səviyyədə təşkil olunub və eyni zamanda mərkəzimizin özəl mühafizə xidməti də bu sahədə xidmət aparmaqdadır.


Bakıdakı ticarət mərkəzi

Polisə Dəstək ictimai birliyinin sədri, polkovnik Şəmsəddin Əliyev təhlükəsizliyin təminatı sahəsində atılan addımların kifayət qədər nəzərə çarpmadığını deyir. Onun sözlərinə görə, iri məkanlarda təkcə, mühafizəçilərlə iş bitmir. "Hər bir əyləncə mərkəzlərinin giriş-çıxış hissəsində vətəndaşları fərdi şəkildə yoxlamaq üçün xüsusi avadanlıqlar quraşdırılmalıdır. Bundan başqa, yoxlanılıb içəriyə daxil olan insanlar belə, yenə nəzərət kameraları vasitəsilə diqqətdə saxlanılmalıdır. Çünki hər bir insanın azad yaşamaq hüququ olduğu kimi, təhlükəsizliyinin qorunması hüququ da var".


Şəmsəddin Əliyev - Polisə dəstək ictimai birliyinin sədri, polkovnik

Yəni elmi-texniki tərəqqinin yüksək inkişaf dövür kamera müşahidə sistemi hazırda ən çox istifadə edilən vasitədir. Ümid edirik ki, kameralar vasitəsilə təhlükəsizliyimiz ən yüksək səviyyədə qorunur və əlavə heç bir vasitəyə ehtiyac yoxdur.




Tags:  Bakının terrordan qorunmaq yolu


RƏYLƏR


Top news