Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Prezident İlham Əliyev “BakuTel-2015” sərgisi ilə tanış olub

Prezident İlham Əliyev və xanımı Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak ediblər (18 Mart 2017 10:52)
Prezident və xanımı Novruz şənliyində iştirak edib (18 Mart 2017 10:44)
Prezident İlham Əliyev və xanımı ümumxalq şənliyində iştirak ediblər (18 Mart 2017 10:44)

Tarix: 2 Dekabr 2015 17:23


Bakı, 2 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Baku Expo Mərkəzində “BakuTel-2015” XXI Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi ilə tanış olub.
Dövlətimizin başçısına məlumat verildi ki, dekabrın 5-dək davam edəcək “BakuTel-2015” beynəlxalq sərgisində 200-dən artıq şirkət iştirak edir. Yeni şirkətlərin diqqətini cəlb edən sərgidə bu il debütantların sayı iştirakçıların ümumi sayının 15 faizini təşkil edir.
Sonra Prezident İlham Əliyev sərginin pavilyonları ilə tanış oldu.
“BakuTel-2015” sərgisi çərçivəsində “Azerspace-2” peykinin orbitə çıxarılması barədə Azərbaycan Prezidentinin iştirakı ilə “Azərkosmos” ASC ilə Fransanın “Arianespace” şirkəti arasında müqavilə imzalandı.

Teqlər:  Prezident İlham Əliyev BakuTel-2015 sərgisi tanış olub



RƏYLƏR


Top xəbərlər