Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Almaniya KİV-ləri Suriya kələfinin ucunu tapmağa çalış

Almaniya KİV-ləri Suriya kələfinin ucunu tapmağa çalış

Date: 2 December 2015 17:33


Berlin, 2 dekabr, AZƏRTAC
“Almaniya büdrəyib və kor-koranə Suriya müharibəsi girdabına yuvarlanıb”. “Dıe Welt” qəzetinin 2 dekabr tarixli nömrəsində nəşrin daimi müəllifi Torsten Yunqholtun şərhi belə adlanır. İndiyədək Angela Merkel hökumətinin yeni hərbi əməliyyatlardan ciddi-cəhdlə qaçmağa çalışdığını xatırladan müəllif yazır: “Anlaşılmaz tərtib edilmiş mandatda deyilir ki, Almaniyanın iştirakı terrorizmə qarşı mübarizəyə və Fransanın dəstəklənməsinə xidmət edir. Bəs Almaniyanın maraqları nədən ibarətdir? Əməliyyat nə məqsəd daşıyır. “İslam dövləti”ni məhv etmək? Buna tək hava hücumları ilə nail olmaq mümkün deyil. Qərb ölkələri quru qoşunları göndərmək istəmirlər. Almaniya təyyarəçilərini düşmən ərazisindən çıxarmaq üçün hətta xilasedicilər də göndərmir.
Bəs nə etməli? Əsədin ordusunumu dəstəkləməli? Almaniyanın müdafiə naziri Ursula fon der Lyayen deyir ki, Əsəd ilə gələcək yoxdur. Amma onun qoşunlarının bir hissəsini cəlb etmək olar. Bax beləcə, hökumət büdrəyə-büdrəyə aqibəti gözlənilməz olan bir avantüraya yuvarlanır. Müstəqil hərəkət etmir, Fransanın istəklərinə tabe olur”.
T.Yunqholt çıxış yolunu Suriya ordusu hərbçilərinin, kürdlərin və Suriyanın mülayim müxalifətinin silahlı dəstələrinin iştirakı ilə vahid cəbhənin yaradılmasında görür. Bu dəstələr Qərb ölkələri və Rusiya aviasiyasının köməyi ilə İŞİD-ə qarşı hücuma keçə bilərdilər. Bəlkə Qərbin vətəndaş müharibəsində yüz minlərlə suriyalının məhvinə cavabdeh saydığı Bəşər Əsədlə Moskvanın etdiyi kimi müttəfiq olmaq? Rəsmi Berlin “Yox” cavabı verərək bildirir ki, yalnız B.Əsəd baş komandanlıqdan getdikdən sonra Suriya ordusu ilə əməkdaşlıq etmək mümkündür.
Göründüyü kimi, AFR hökuməti vaxtilə amerikalıların İraqda yol verdikləri səhvləri təkrarlamaq istəmir. O vaxt Səddam Hüseynin ordusunu buraxmaqla, amerikalılar faktiki olaraq İraq dövlətçiliyini məhv etmişdilər. Berlinin məqsədi Suriyada dövlət hakimiyyəti təsisatlarının tam dağılmasının qarşısını almaqdır. Almaniya Sosial Demokrat Partiyası fraksiyasının müdafiə məsələləri üzrə eksperti Rayner Arnold hesab edir ki, “ölkənin yenilənməsi və İŞİD-ə qarşı təsirli mübarizə aparılması üçün Əsədin hərbi qulluqçuları ilə əməkdaşlıq etmək daha məqsədəuyğundur”.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Tags:  Almaniya KİV-ləri Suriya kələfinin ucunu tapmağa çalış


RƏYLƏR


Top news