Macarıstanda İŞİD təhlükəsi ilə bağlı həyəcan güclənir

Macarıstanda İŞİD təhlükəsi ilə bağlı həyəcan güclənir
18:03 2 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+


Budapeşt, 2 dekabr, AZƏRTAC
Çexiyada özünü “İraq Şam İslam Dövləti” adlandıran terrorçu təşkilatla (İŞİD) bağlı məlumata maraq artıb. Cəmiyyətdə İŞİD təhlükəsi ilə bağlı həyəcan da artır. İctimai Rəyin Öyrənilməsi Mərkəzinin noyabrın 2-9-da apardığı araşdırma göstərib ki, İŞİD ətrafında hadisələrə dair məlumat ölkə əhalisinin üçdə iki hissəsini maraqlandırır. Özlərini “fəal maraqlanan” adlandıranların sayı bu ilin iyul ayından 8 faiz artıb. Mərkəzin verdiyi məlumata görə, təhlil noyabrın 13-də Parisdə törədilən terror aktlarından qabaq aparılıb. Analitiklər belə bir məsələyə diqqət yetiriblər ki, terror aktlarından qabaq rəyi soruşulanların 77 faizi İŞİD-in Macarıstan üçün təhlükəli olduğunu hesab edib. Macarıstan vətəndaşlarının 88 faizi İŞİD-i bütün dünyaya əsas təhlükə mənbəyi kimi qəbul edib.

Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Macaristanda_ISID_tehlukesi_ile_bagli_heyecan_guclenir-907622

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR