Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycan ilə Tacikistan arasında dini, mədəni və humanitar sahələrdə əməkdaşlıq inkişaf edir

Azərbaycan ilə Tacikistan arasında dini, mədəni və humanitar sahələrdə əməkdaşlıq inkişaf edir

Azərbaycan və İran XİN başçıları arasında məktub mübadiləsi (17 Mart 2017 19:43)
"Prezidentlərin qarşılıqlı səfərləri Azərbaycan-İran əlaqələrini daha da genişləndirmək üçün möhkəm iradənin göstəricisidir" (17 Mart 2017 19:05)
Artur Rasi-zadə: "Azərbaycanla Fələstin arasında əməkdaşlıq üçün hüquqi bazanın yaradılması zəruridir" (17 Mart 2017 17:05)

Tarix: 2 Dekabr 2015 19:08


Bakı, 2 dekabr, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı dekabrın 2-də Tacikistanın Azərbaycandakı səfiri Zohir Saidov ilə görüşüb.
DQİDK-dan AZƏRTAC-a bildiriblər ki, komitə sədri Tacikistan ilə Azərbaycan arasında tarixi kökləri olan mövcud dostluq münasibətlərindən, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrdən danışıb. O, dövlət tərəfindən İslam dininə etiqad edən şəxslərlə yanaşı, Azərbaycanda yaşayan müxtəlif dini konfessiyaların nümayəndələrinə də daim xüsusi diqqət göstərildiyini bildirib, ölkəmizin malik olduğu uğurlu tolerantlıq modelindən söhbət açıb.
Zohir Saidov ölkələrimiz arasında dini, mədəni və humanitar sahələrdə əməkdaşlığı yüksək qiymətləndirərək bildirib ki, ikitərəfli münasibətlərimiz müxtəlif sahələrdə uğurla inkişaf edir.

Teqlər:  Azərbaycan Tacikistan arasında dini mədəni və humanitar sahələrdə əməkdaşlıq inkişaf edir



RƏYLƏR


Top xəbərlər