Ağdaşda işəgötürənlər məşğulluqla bağlı aktual məsələlər barədə məlumatlandırılıb

Ağdaşda işəgötürənlər məşğulluqla bağlı aktual məsələlər barədə məlumatlandırılıb
19:43 2 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+


Ağdaş, 2 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC.
Ağdaş rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi qaydaları barədə işəgötürənlərin məlumatlandırılması və qeyd olunan əhali kateqoriyasının məşğulluğunun təmin edilməsi sahəsində işəgötürənlərin iştirakı” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, 22 idarə, müəssisə və təşkilatdan nümayəndələrin iştirak etdiyi toplantıda rayon məşğulluq mərkəzinin direktoru İlqar İsmayılov məşğulluq və işsizlik məsələlərindən, əhalinin səmərəli məşğulluğunun təmin olunması ilə bağlı qarşıda duran vəzifələrdən danışıb. Həmçinin dövlət məşğulluq siyasətinin həyata keçirilməsində sosial tərəfdaşların hüquq və vəzifələri diqqətə çatdırılıb. Qeyd edilib ki, məşğulluq mərkəzi rayon əhalisinin işlə təmin olunmasını, məşğulluq və işsizlik səviyyəsini, iqtisadiyyatın bütün sahələri üzrə bölgüsünü hər zaman diqqət mərkəzində saxlayır.
Tədbirdə işə qəbul, işdən çıxanlar, ştatların ixtisarı, işədüzəltmə, kvota üzrə işədüzəltmə kimi məsələlərə aydınlıq gətirilib, bu sahədə işəgötürənlərin vəzifələri barədə geniş məlumat verilib. İclasda günün tələblərinə uyğun kadr hazırlığı məsələlərindən danışan natiqlər qeyd ediblər ki, bu iş diqqət mərkəzində saxlanılmalı və ixtisaslı işçi qüvvəsinin təkrar hazırlığı məqsədilə məşğulluq mərkəzinin nəzdində peşə kurslarının sayı artırılmalıdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Agdasda_isegoturenler_mesgulluqla_bagli_aktual_meseleler_barede_melumatlandirilib-907672

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR