Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ağstafada ev heyvanları arasında yoluxucu xəstəliklərə qarşı profilaktiki tədbirlər görülür

Date: 3 December 2015 00:08


Ağstafa, 3 dekabr, AZƏRTAC
Ağstafa rayonunda ev heyvanları arasında yoluxucu xəstəliklərə qarşı mütəmadi olaraq profilaktiki tədbirlər görülür.
Rayonun baytarlıq idarəsindən AZƏRTAC-a bildiriblər ki, cari ilin yanvar-noyabr aylarında brusellyoz xəstəliyinə görə seroloji (qan qruplarının tədqiqi) müayinə üçün 18 min baş ev heyvanından qan nümunəsi götürülərək zona baytarlıq laboratoriyasında yoxlanılıb, 6 baş iribuynuzlu və 4 baş xırdabuynuzlu heyvanın xəstə olduğu aşkarlanıb. Xəstəliyə yoluxmuş heyvanlar təlimata uyğun olaraq məhv edilib.

Tags:  Ağstafada ev heyvanları arasında yoluxucu xəstəliklərə qarşı profilaktiki tədbirlər görülür


RƏYLƏR


Top news