Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Bu avtobus xəttinin istiqaməti dəyişdirildi (VİDEO)

Bu avtobus xəttinin istiqaməti dəyişdirildi (VİDEO)

Date: 3 December 2015 01:36

Avropa Oyunları ilə əlaqədar 49 saylı avtobusun hərəkət istiqamətində dəyişiklik olunub.

ANS TV-nin məlumatına görə, bəzi avtobuslar xətdən çıxarılıb bir hissəsinin isə marşurut xətti qısaldılıb. Bunlardan biri də 49 saylı avtobusdu.

49 saylı marşrut avtobusu Atəşgah dairəsindən Xətai metrostansiyasına kimi hərəkət edirdisə sakinlərin şikayətləri nəzərə alınaraq, hərəkət istiqamətində dəyişiklik olub.

NİİM-in rəsmisi Şəfa Mehmanqızı bildirib ki, bu gündən etibarən 49 saylı avtobus Atəşgah dairəsindən Xətai metrostansiyasına kimi yox, Süleyman Rəhimov küçəsinə qədər hərəkətini davam etdirəcək. Hərəkət dairəsi isə tam olaraq belə olacaq:

Atəşgah dairəsi, Bakıxanov dəmiryolu stansiyası, Bakıxanov Ticarət Mərkəzi, Babək prospekti, Xətai metrostansiyası, Xətai prospekti (Şərq və Yaşıl bazar), Cəfər Cabbarlı metrostansiyası, Azadlıq prospekti və Süleyman Rəhimov küçəsi.


Tags:  avtobus xəttinin istiqaməti dəyişdirildi VİDEO


RƏYLƏR


Top news