Bir kişi var idi, öz adını hər iki oğluna qoymuşdu...

Bir kişi var idi, öz adını hər iki oğluna qoymuşdu...
09:05 3 Dekabr 2015
48 Digər
Ölkə mətbuatı
A- A+

Evli kişi ilə ailəli olan Şəbnəm oğluna bu adı qoydu (21 Mart 2017 11:57)

Bir müddət əvvəl Ədliyyə Nazirliyinin rəsmi saytına istinadən Azərbaycanda oğlanlara qız, qızlara oğlan adalarının qoyulması ilə bağlı açıqlanmış məlumatlar cəmiyyətdə geniş rezonans doğurdu. Qeyd edək ki, açıqlanmış məlumatlara görə, son beş ildə Azərbaycanda 7 oğlana Aygün, 86 nəfər oğlan uşağına Zəhra, 4 qıza Səxavət, 3 qıza Ədalət, 25 qıza Nurlan, 4 qıza Rövşən, 23 qıza Hüseyn, 23 qıza Məhəmməd, 8 qıza Həsən, iki qız uşağına isə Həsənağa  adı verilib.

Bundan 2 gün öncə isə Nazirlər Kabineti yanında Terminologiya Komissiyası tərəfindən 5 minə yaxın insan adının yer aldığı yeni şəxs adları lüğətinin hazırlandığı və müxtəlif səbəblərdən ora daxil edilməyən 217 ad açıqlandı.

Psixoloqlar birmənalı olaraq hesab edirlər ki, adların uşaqların psixologiyasına çox böyük təsiri var. Uşaqlara əks cinsdən olan adların qoyulmasına gəlincə, uşaq psixologiyası üzrə mütəxəssis Narınc Rüstəmova Milli.Az-a deyib ki, bunun müxtəlif səbəbləri ola bilər: "Oğlana qız, qıza oğlan adının qoyulması istəyinin yaranması səbəblərindən biri də, məncə, həmin valideynlərin özünün psixoloji durumunun heç də normal olmaması ilə bağlıdır. Ona görə də gənclər evlənməzdən əvvəl mütləq psixoloji yoxlamadan keçməlidirlər".

Ekspert hesab edir ki, uşaqlara ikicinsli, arxaik adların qoyulması cinsi kimliyin formalaşdığı vaxtda, yəni 3-6 yaş arasında onların psixologiyasına çox mənfi təsir edir. Ən çox da uşaqlara cinsiyyəti məlum olmayan adlar mənfi təsir göstərir: "Bu, uşaqlarda ikili xüsusiyyyət yaratmır, yəni uşaq oğlandırsa, onda özünü qız, qızdırsa, oğlan kimi hiss etməyə başlamır. Amma sonradan ətraf mühitdəki münasibət onları qıcılandıra, məsələn, "mən bunu qız adı bilirdim, sən demə, oğlan imişsən" kimi ifadələr qarşı tərəfdə sıxıntı, kompleks yarada bilər. Təcrübəmdə belə bir şey də olub ki, ata iki oğluna da öz adını qoymuşdu. Atanın adı İdris idi, iki oğlunun da adını İdris qoymuşdu. Yəni belələri də var. Bu da normal hal deyil".

N.Rüstəmova qeyd edib ki, uşaqlara naməlum adların qoyulması bəzi assosiasiyalar ilə də bağlı olur: "Məsələn, valideyn hardasa Dəniz, Pərvin adlı kimisə tanıyır və uşağına da bu adı seçir. Adların qoyuluşunda zona fərqləri də var, yəni burada etnopsixologiya da vacib amil olur. Məsələn, müəyyən adlar bəzi zonalarda oğlan uşaqlarına, digər zonalarda isə qız uşaqlarına qoyulur. Daha çox isə valideynlər adları xatirələrində yaşatdıqlarına uyğun olaraq qoyurlar. Məsələn, hansısa qızı sevib, əldə edə bilməyib və uşağına həmin qızın adını qoyur və ya hansısa çox sevdiyi dostunun adını qoyur. Bəzən dostu Həsən olur, amma qızı dünyaya gəlir, ona o adı qoyur. Valideyn bu məsələdə öz eqosuna, öz istəyinə görə hərəkət etməməlidir. Məsələn, mənim sevdiyim qızın adı Günel olub. O xatirələrlə yaşamaq üçün qızının da adını Günel qoymaq istəyir. Bu yanlışdır.

Bəzən valideynlər psixoloji olaraq özlərinin vaxtı ilə tamamlaya bilmədiyi stuasiyaları tamamlayırlar. Yəni, burada özünü tamamlama faktoru böyük rol oynayır. Məsələn, mən pianino çala bilməmişəm, qoy uşağım öyrənsin. Bu şəkildə valideyn bacarmadığı şeyləri, tamamlanmamış arzularını uşağının üzərində tətbiq edir. Bu zaman o, sağlam düşünməyib anormal addım da ata bilir. Ona görə də, məncə, bəzi qadağalar olmalıdır ki, qız və ya oğlan uşaqlarına hansı adları qoymaq olar, hansılarını qoymaq olmaz".

Psixoloq deyib ki, insan şüuraltı olaraq daim informasiya qəbul edir. Həmin informasiyalar insanın şüuraltı olaraq psixikasına, davranışlarına, ətraf mühitə münasibətinə təsir edir. Adların da insanların, xüsusilə uşaqların psixologiyasına təsiri kifayət qədər böyükdür: "Nəinki adların, hətta qısaldılmış, əzizləmək üçün çağırılan adların özü də uşağın psixikasına mənfi təsir göstərir. Xüsusən də cinsiyyət fərqi olmayan adların qoyulması qəbuledilməzdir. Çünki uşaqlarda cinsi kimlik 3-6 yaş arasında formalaşır. Bu vaxt ətrafdakı hadisələr, ona qarşı münasibət uşaqlara tez təsir edir. Uşağın adı qəliz olanda, çətin tələffüz edilən olanda da, insanlar bir neçə dəfə soruşmaq məcburiyyətində qalırlar. Bəzən yaşıdları tərəfindən onlar məsxərəyə qoyulur. Vaxt keçdikdən sonra isə həmin basqı altında olan uşaqlar adını dəyişmək istəyirlər".

Onun sözlərinə görə, təcrübə göstərir ki, özünəinamı yüksək olan, özünü çox sevən uşaqlar adətən nənə-baba adları qoyulmuş uşaqlar olur: "Çünki belə adlar qoyulan uşaq nəsildə rəğbət qazanır, hamının diqqət mərkəzində olur. Hamı onları əzizləyir, qayğı göstərir. Hətta həmin adlar yaxşı olmasa da, arxaik olsalar da, uşaqlar öz adlarını sevə bilir. Onlardan xoşu gəlməyən uşaqlar isə ünsiyyətdən qaçmaqla yanaşı, onlarda natamamlıq kompleksi də yaranır. Uşaq özünə mənfi sferada adlar axtarmağa başlayır. Məsələn, bizim ən çox sevdiyimiz adlardan olan Leyla, əslində, bitməyən, sonsuz bir gecə deməkdir. Məncə, uşaqlara ad qoyarkən onun mənasına diqqət yetirmək önəmlidir, çünki adın mənası insan psixikasına təsiri göstərir. Hətta biz adın mənasını bilməsək belə, onun səslənməsi, müraciət forması da uşaqların xarakterik əlamətlərində də özünü biruzə verə bilər. Valideynlərin uşaqlarına ad qoyarkən onun mənasını, daşıdığı simvolu uşağa izah etmələri çox önəmlidir. Yaxşı olardı ki, valideynlər uşağa adının mənasını izah etsinlər, onun nəyə görə uşağa qoyulmasının, bununla bağlı qərarı necə verdiklərinin tarixçəsini danışsınlar. Çünki uşağın öz adını ona sevdirmək çox önəmlidir".

Psixoloqun fikrincə, qanunla müəyyən adların qoyulması qadağan edilməli, adlarla bağlı mərkəzləşmiş bir sistem yaradılmalıdır: "Məsələn, ad bankı yaradılsa və insanlar adları o siyahıdan seçsələr, daha yaxşı olar. Çünki uşaqlara təsir edən məsələlərdən biri də, müəyyən dönəmdə uşaqlara eyni adların qoyulmasıdır. Məsələn, 5 il ardıcıl hamı qızına Fatimə adını qoyur. Valideynlər həmin ad bankına müraciət edib uşağına qoymaq istədiyi adda neçə uşağın olduğunu öyrənə bilsə, bunu nəzərə alıb həmin adı qoyub-qoymamaqda seçim edə bilər. Davamlı olaraq uşaqlara eyni adlar qoyulduqda bir müddət sonra məktəbdə müəllimlər onlara soyadları ilə müraciət etməli olurlar. Hətta uşaqlara əlavə ləqəb də qoyulur. Məsələn, Qara Həsən, Kök Həsən, Uzun Həsən və s.  Bütün bunlar isə uşaq psixologiyasında mənfi iz buraxır. Adətən insanlar bizimlə tanış olan zaman iç dünyamıza, xarakterik xüsusiyyətlərimizə dəyər vermirlər. İlk 4-6 saniyə ərzində qarşı tərəfdə yalnız adımız və görünüşümüz müəyyən fikir formalaşdırır. İnsan qarşısındakına özü haqqında ilk informasiyanı adı ilə verə bilir. Ona görə də uşaqlar adından utandıqda ünsiyyətdən qaçır, sosial fobiya deyilən bir şey yaranır. Onlar yeniyetməlik dövründə "hər kəs mənə baxıb güləcək" deyə fikirləşərək sıxıntı yaşayırlar, hətta cəmiyyət içində yeməkdən də imtina edirlər. Belə sıxıntıları araşdıranda görürük ki, məsələ gəlib adlar üzərində durur".

İlkin İzzət
Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Bu gün görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 109 il keçir

26 Aprel 2017 08:05

Trampdan yeni təyinat

26 Aprel 2017 08:05

Marsial "Lion"a maraqlıdır

26 Aprel 2017 07:57

Yasamal qəbiristanlığında gənc oğlan bıçaqlandı

26 Aprel 2017 07:53

"Vatanım sensin"də iki sürpriz ad - FOTO

26 Aprel 2017 07:52

Tanınmış yerli kişilər qadın olarsa... - FOTO

26 Aprel 2017 07:42

ABŞ bu gün qitələrarası ballistik raket atacaq

26 Aprel 2017 07:39

Qadın sərnişindən avtobusda GÖZLƏNİLMƏZ HƏRƏKƏT - FOTO

26 Aprel 2017 07:38

"Liderlərimizi satmaq istəmirik"

26 Aprel 2017 07:37

Məşhur cütlük boşanır - 12 illik evlilik bitir

26 Aprel 2017 07:32

Piylənmə siqaretdən daha qorxuludur

26 Aprel 2017 07:23

Məşhur model toyunda Azərbaycandan geyindi - FOTO

26 Aprel 2017 07:22

Fransada miqrantlar dalaşdı

26 Aprel 2017 07:19

Kanadada hərbi təlimlər zamanı 1 əsgər ölüb, 3-ü yaralanıb

26 Aprel 2017 07:17

"Mançester Yunayted"in növbəti transfer hədəfi

26 Aprel 2017 07:17

Cey Lonu bir də belə görün - FOTO

26 Aprel 2017 07:12

Çin öz istehsalı olan ilk təyyarə gəmisini suya buraxıb

26 Aprel 2017 07:07

Əlidən Nazla bağlı gözlənilməz qərar - VİDEO

26 Aprel 2017 07:05

Qapıçıdan möhtəşəm qol - VİDEO

26 Aprel 2017 07:03

“Maradona və Messidən güclü olmuşam” - Romario

26 Aprel 2017 06:59

Yıldırım: “Türkiyə-Aİ münasibətləri ən pis həddədir”

26 Aprel 2017 06:54

"Milan"a azarkeşlik edən slovakiyalı modelin ehtiraslı FOTOSESSİYASI

26 Aprel 2017 06:33

Hitlerin nəşinin tanınmasında iştirak edən yazıçı Yelena Rjevskaya vəfat edib

26 Aprel 2017 06:32

Luna sima oldu - FOTO

26 Aprel 2017 06:32

CNN: ABŞ Türkiyənin əməliyyatı barədə əvvəlcədən xəbərdar olub

26 Aprel 2017 06:14

Ərdoğan: "Əsəd Suriyada potensial nizamlanma üçün həll yolu deyil"

26 Aprel 2017 05:57

Məktəbli avtobusu qəzaya uğradı - 15 yaralı

26 Aprel 2017 05:48

Kim Çen In geniş miqyaslı artilleriya təlimlərinə şəxsən rəhbərlik edib

26 Aprel 2017 05:42

Supermodellər bir arada - FOTO

26 Aprel 2017 05:32

Mosulda 15 dinc sakin öldürüldü

26 Aprel 2017 05:19

"İlk görüşdə yatağa girmirəm"

26 Aprel 2017 05:04

Fars körfəzində İran kateri ilə rastlaşan ABŞ gəmisi yolunu dəyişib

26 Aprel 2017 04:57

Ağırlıqqaldırma ilə məşğul olan 16 yaşlı qız dünyasını dəyişdi

26 Aprel 2017 04:53

Bakıda yolu keçmək istəyən piyadanı maşın vurub

26 Aprel 2017 04:32

İsraildə penthaus - FOTO

26 Aprel 2017 04:32

Qədimdən gələn ənənə – Hədik mərasimi - VİDEO

26 Aprel 2017 04:03

Erməni rus əsgərə 8 bıçaq zərbəsi endiribmiş

26 Aprel 2017 03:59

Yasamal qəbiristanlığında gənc oğlan bıçaqlanıb

26 Aprel 2017 03:57

Dükanların sulu boyalı rəsmlərir - FOTO

26 Aprel 2017 03:32

Donald Tramp rekord qırdı -

26 Aprel 2017 03:32

Kəpənəklər sayəsində zibilliklər təmizlənə bilər

26 Aprel 2017 03:18

Fransada terakt hazırlayan daha 5 şəxs tutuldu

26 Aprel 2017 03:14

Baş nazir "terrorizm" sözüylə "turizm" sözünü səhv saldı

26 Aprel 2017 03:03

Tramp ABŞ-ın Məxfi Xidmətinə yeni rəhbər təyin edib

26 Aprel 2017 02:57

Britaniyanın baş naziri "terrorizm"lə "turizm"i səhv salıb

26 Aprel 2017 02:52

Avtobus maralla toqquşdu, 15 yaralı

26 Aprel 2017 02:49

Bakıda mənzildən meyit tapıldı

26 Aprel 2017 02:43

Dalğavari damlı ev - FOTO

26 Aprel 2017 02:32

Rəcəb Tayyib Ərdoğan:

26 Aprel 2017 02:25

Ərdoğan: “Türkiyə Aİ-yə üzvlüklə bağlı mövqeyini dəyişə bilər”

26 Aprel 2017 02:18