Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Avtovağzal" stansiyası nə vaxt açılacaq? - FOTO

"Avtovağzal" stansiyası nə vaxt açılacaq? - FOTO

Date: 3 December 2015 09:22

İnşasına 2009-cu ildə başlanan "Avtovağzal" stansiyası bu il də istifadəyə verilməyəcək.

Bəlli fasilələrlə inşası sürdürülən stansiyanın yalnız gələn il hazır olacağı real görünür.

İndi həmin stansiyada yenidən iş gedir. Bayır hissəsində son tamamlama işləri aparılır və yaşıllıq salınır.

"Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzadlıqRadiosuna bildirib ki, "Avtovağzal" və şərti adı "Memar Əcəmi-2" olan stansiyalarda tikinti başa çatıb:

"Hər iki stansiyada abadlıq aparılır və avadanlıq quraşdırılır. Liftlər və eskalatorlar da quraşdırılıb".

N. Paşayevin sözlərinə görə, "Avtovağzal" stansiyasının 8-ci çıxışında - Bakı-Sumqayıt yolunun altından Biləcəriyə sarı keçiddə də son tamamlama işləri görülür:

"Hər iki stansiyanın 2016-cı ilin 2-ci yarısında istifadəyə verilməsi planlaşdırılır".

Milli.Az







Tags:  Avtovağzal stansiyası vaxt açılacaq FOTO


RƏYLƏR


Top news