Ölkə ərazisində havalar soyudu (VİDEO)

Ölkə ərazisində havalar soyudu (VİDEO)
11:36 3 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 3-də Bakı və Abşeron yarımadasında gün ərzində hava buludlu və çiskinli keçəcək. Axşama doğru buludluluq artacaq. Havanın temperaturunun gündüz 10° isti olacağı ehtimal olunur.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən - Gədəbəy rayonlarında hava buludlu keçəcək. Gündüz saatlarında duman və çiskin olacaq, sulu qar və qar yağacağı ehtimal edilir. Havanın temperaturunun 4° isti olacağı gözlənilir.

Qərb bölgələr: Qazax, Gəncə, Göranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən buludlu və yağıntılı olacaq. Səhər saatlarında da bu bölgələrdə qar yağacaq.Qərb istiqamətindən əsən külək günün ikinci yarsından sonra daha da güclənəcək. Havanın temperaturu isə 7° istini göstərəcək.

Şimal-qərb bölgələri: Balakən, Zaqatala , Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Xaçmaz və Qusar rayonlarında hava dəyişkən buludlu və yağıntılı olacaq. Bu rayonlarda da qar yağacağ ı ehtimal edilir. Havanın temperaturunun 5° isti olacağı müşahidə olunacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən buludlu və yağıntılı olacaq. Çiskin müşahidə olunacaq. Axşama doğru buludluluq artaraq qar yağacağı ehtimal edilir. Havanın temperaturu 10° isti olacaq.


Cənub-şərq bölgələr: Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gündüz hava əsasən dəyişkən buludlu olacaq. Bəzi ərazilərdə zəif duman müşahidə olunacaq. Sulu qar və qar yağacağı gözlənilir. Havanın temperaturunun gündüz 11° isti olacağı deyilir.

Naxçıvan Muxtar Respublikasının ərazisində də dəyişkən buludlu, yağmurlu olacaq. Səhər saatlarında sulu qar, axşama doğru isə dağ rayonlarında qar yağacağı bildirilir. Temperatur isə 7° istini göstərəcək.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366304

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR