Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Davudoğlu: Türkiyə Azərbaycanın yanında olacaq

Davudoğlu: Türkiyə Azərbaycanın yanında olacaq

Date: 3 December 2015 12:11

"Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyimiz açıq və qətidir. İşğal edilən bütün torpaqlar azad edilənə kimi Türkiyə Azərbaycanın yanında yer alacaq".

ANS PRESS-in məlumatına görə, bunu bu gün Bakıya səfər edəcək Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib.

O, TANAP layihəsinin davam etdiyini, Türkiyənin enerji ilə bağlı çoxyönlü siyasəti olduğunu deyib. "Yeni layihələrdə Azərbaycanda geniş miqyaslı görüşlərimiz olacaq. Azərbaycan ilə Türkiyə arasındakı enerji artırımı barədə danışıqlar aparılacaq. Azərbaycan ilə münasibətlərimiz Rusiyadan asılı olmadan davam edir".

Davudoğlu Rusiya rəhbərliyinin Türkiyəni İŞİD-lə neft alverində ittiham etməsinə dair sualı cavablandırıb. Davudoğlu bunun sovet təbliğatını xatırlatdığını söyləyib: “Son bir həftə ərzində Rusiya mediasında yayılan məlumatlar və Rusiya rəhbərliyi tərəfindən verilən açıqlamalar mənə gəncliyimi xatırladır. Sovet təbliğat maşını vardı. Hər gün müxtəlif yalanlar uydurulur. Öncə özləri inanaırlar, sonra dünyanın inanmasını gözləyirlər".


Tags:  Davudoğlu Türkiyə Azərbaycanın yanında olacaq


RƏYLƏR


Top news