Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Emerson Process Management” şirkətinin baş meneceri BANM-da seminar keçib

“Emerson Process Management” şirkətinin baş meneceri BANM-da seminar keçib

Date: 3 December 2015 13:23


Bakı, 3 dekabr, AZƏRTAC 
“Emerson Process Management” şirkətinin bp üzrə qlobal strategiyalar sahəsində baş meneceri Raoul Mercer Bakı Ali Neft Məktəbində (BANM) olub.
BANM-dan AZƏRTAC-a bildiriblər ki, qonaq proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil alan birinci və ikinci kurs tələbələrinə “Dəyişikliklərə uyğunlaşdırılabilən neft-qaz layihələri” (Upstream project responding to change) mövzusunda seminar keçib.
Tədbirdə BANM-ın rektoru Elmar Qasımov rəhbərlik etdiyi ali məktəbin “Emerson Process Management” şirkəti ilə əlaqələrindən danışıb, beynəlxalq şirkətlərin nümayəndələrinin tələbələrə müxtəlif mövzularda keçdikləri seminar və təlimlərin əhəmiyyətini diqqətə çatdırıb.
R.Mercer neftin hasilolma prosesinin avtomatlaşdırılması və müxtəlif layihələrdə avtomatlaşdırmanın geniş tətbiqi mövzusunda təqdimatla çıxış edib, tələbələrin suallarını cavablandırıb.


Tags:  Emerson Process Management şirkətinin baş meneceri BANM-da seminar keçib



RƏYLƏR


Top news