Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ-da kütləvi qətl törədənlərin şəxsiyyəti müəyyənləşib

ABŞ-da kütləvi qətl törədənlərin şəxsiyyəti müəyyənləşib

Date: 3 December 2015 13:23


Bakı, 3 dekabr, AZƏRTAC
ABŞ-ın Kaliforniya ştatında yerləşən San-Bernardino şəhərində kütləvi qətl törədən kişi və qadın nişanlı və ya evli olub.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, fiziki imkanları məhdud insanlara yardım etməklə məşğul olan “Inland” mərkəzinə hücum edənlərin adları müəyyənləşib. Son məlumata görə, cinayət yerindən “Cip” markalı avtomobillə qaçmağa çalışan 28 yaşlı Səid Fərux və 27 yaşlı Teşfin Malik öldürülüb.
Təhqiqatın məlumatına əsasən, mərkəzin əməkdaşı olan Fərux bayram tədbirinin iştirakçıları arasında olub. Sonra oranı tərk edib və cinayət ortağı ilə geri qayıdaraq AK-47 markalı avtomatla ətrafdakı insanlara atəş açmağa başlayıb.
Hakimiyyət orqanları hadisənin qabaqcadan hazırlanmış terror aktı olduğunu istisna etmir.
Xatırladaq ki, San-Bernardino şəhərində baş verən silahlı insident nəticəsində azı 14 nəfər ölüb, daha 17 nəfər isə yaralanıb.
 

Tags:  ABŞ-da kütləvi qətl törədənlərin şəxsiyyəti müəyyənləşib


RƏYLƏR


Top news