Nizami Kino Mərkəzində "Oğlan evi"nın qala-gecəsi baş tutdu - FOTO

Nizami Kino Mərkəzində "Oğlan evi"nın qala-gecəsi baş tutdu - FOTO
13:57 3 Dekabr 2015
159 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 02-də Nizami Kino Mərkəzində  "Oğlan evi" milli komediya filminin qala-gecəsi keçirilib.

İlin gözlənilən komediyasının rejissoru İlham Qasımovdur. Ssenari üzərində rejissorla birgə Tural Sevdimalı və Dj Fateh işləyiblər. Texniki heyətin bir hissəsini xarici mütəxəssislər təşkil edən bu filmin quruluşçu operatoru Mixail Xarçenkodur.

Filmdə baş rolları aktyorlar Fərda Amin, Elcan Rəsulov və İslam Mehrəliyev canlandırıblar.

Bakıda 3 alıcıya eyni mənzil satılıb. Bu məsələnin üstü açıldıqda qəhrəmanlar pullarını qaytarmaq üçün bunu etmiş sahibkarın oğlunun toyunu qarət etmək qərarına gəlirlər...

Filmdə, həmçinin Abbas Qəhrəmanov, Xumar Səlimova, Qurban Məsimov, Yadigar Muradov, müğənni Xəyyam Nisanov və aparıcılar DJ Fateh və Mətanət Əliverdiyeva rol alıblar.

Qala-qecədə tamaşaçılar tərəfindən maraqla qarşılanan "Oğlan Evi: Azərbaycansayağı Qarət" filmi ilin ən gözlənilən kinokomediyası olacaq.

Qala-gecəsində filmin rejissoru İlham Qasımov, baş rolları ifa edən aktyorlar və yaradıcı qrupun digər üzvləri iştirak ediblər.

Filmdən sonra qonaqlar tamaşaçılarla görüşmək üçün səhnəyə çıxıblar.

Film haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən öyrənə bilərsiniz. (https://www.facebook.com/NizamiCinema?rf=hl)





Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/387276.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR