“Formula-1” yarışları ilə əlaqədar Xaqani küçəsində təmir işləri davam etdirilir

“Formula-1” yarışları ilə əlaqədar Xaqani küçəsində təmir işləri davam etdirilir
14:48 3 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
“Formula-1” yarışları ilə əlaqədar Xaqani küçəsində təmir işləri davam etdirilir.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Avropa Qran Pri-sinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası (Baku City Circuit) 2016-cı il iyun ayında keçiriləcək “Formula-1” yarışı ilə bağlı hazırlıq işlərini həyata keçirir.
Dekabrın 2-dən etibarən Xaqani küçəsinin Azadlıq prospekti ilə kəsişməsi asfalt örtüyünün təmirinə bağlanıb. Təmir işlərinin elə həmin gün yekunlaşması nəzərdə tutulsa da, yeraltı qəza səbəbəbindən təmir işləri uzanıb.
Dekabr ayının 3-ü gecə saatlarından etibarən isə Xaqani küçəsinin Puşkin küçəsi və Bülbül prospekti ilə kəsişmələri arasında yol hərəkəti tam bağlı olacaq. Xaqani küçəsində qeyd olunan bütün təmir işləri ilə əlaqədar avtomobillərin hərəkətinə olan məhdudiyyətlər artıq dekabr ayının 6-dan 7-nə keçən gecə, bazar ertəsi aradan qaldırılacaq.
Qeyd edək ki, yarışdan öncə salınacaq və “Formula-1” yarışı standartına cavab verən yenilənmiş yollar daimidir və Qran Pri-dən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Formula_1_yarislari_ile_elaqedar_Xaqani_kuchesinde_temir_isleri_davam_etdirilir-907867

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR