Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

FİFA-da növbəti silsilə həbslər aparılıb

FİFA-da növbəti silsilə həbslər aparılıb

Date: 3 December 2015 14:53


Bakı, 3 dekabr, AZƏRTAC
FİFA-da korrupsiya qalmaqalı ilə bağlı gərginlik səngimir, əksinə, get-gedə artmaqdadır.
AZƏRTAC “The New York Times” qəzetinə istinadla xəbər verir ki, İsveçrə hökuməti tərəfindən ali futbol qurumunun daha bir neçə məmuru həbs olunub. Əməliyyat FİFA İcraiyyə Komitəsinin Sürixdə keçirilən iclası ərəfəsində aparılıb.
ABŞ Ədliyyə Nazirliyinin sorğusu əsasında keçirilən əməliyyat-istintaq tədbirində korrupsiyada şübhəli bilinən 12 məmur saxlanılıb. Əməliyyatın Sürixin “Baur au Lac” otelində aparıldığı bildirilir.
Otel əməkdaşlarının sözlərinə görə, İsveçrə hüquq mühafizə orqanlarının əməkdaşları qəflətən binaya daxil olaraq həbslər aparıblar. İcraiyyə komitəsinin üzvləri olan Şimali və Mərkəzi Amerika, eləcə də Karib hövzəsi (KONKAKAF) dövlətləri konfederasiyasının prezidenti Alfred Xavit, Cənubi Amerika konfederasiyasının (KONMEBOL) rəhbəri Xuan Anxel Napout və digər məmurlar saxlanılıb.
Onlar pulların silinməsi, dələduzluq, futbol turnirlərində, xüsusən dünya çempionatının seçmə mərhələsində marketinq hüquqlarının satışından milyonlarla ABŞ dolları mənimsəməkdə şübhəli bilinirlər. Polis hələ ki, saxlanılanların tam siyahısını açıqlamayib. İfadələri alındıqdan sonra bu şəxslər ABŞ-a ekstradisiya olunacaqlar.
 

Tags:  FİFA-da növbəti silsilə həbslər aparılıb


RƏYLƏR


Top news