Yeni il ərəfəsində “Azercell” yeni kampaniyaya başlayıb

Yeni il ərəfəsində “Azercell” yeni kampaniyaya başlayıb
15:05 3 Dekabr 2015
51 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
Azərbaycanın mobil operatoru “Azercell Telekom” SimSim abunəçiləri üçün “Pulsuz danışıq günü” kampaniyasına başlayıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, dekabrın 20-dək davam edəcək kampaniya çərçivəsində 3 manat və ya daha yüksək nominallı SimSim danışıq kartı yükləyən hər kəs növbəti yeddi gündən 1-ni “Azercell” istifadəçiləri ilə pulsuz danışacaq. Pulsuz danışıq günləri sistem tərəfindən avtomatik olaraq növbəti ardıcıl 7 təqvim günündən seçilərək istifadəçiyə bildirilir. Abunəçi, bu kampaniyaya ən son yukləməsindən 7 təqvim günü keçdikdən sonra yenidən qoşula bilər. Pulsuz danışıq günündə abunəçinin şəbəkə daxili zənglərinin davamiyyəti 30 dəqiqə ilə məhdudlaşdırılacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yeni_il_erefesinde_Azercell_yeni_kampaniyaya_baslayib-907878

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR