Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Allahşükür Paşazadə: Nardaranda baş verən hadisələrin dinlə heç bir bağlılığı yoxdur

Date: 3 December 2015 15:18


Bakı, 3 dekabr, AZƏRTAC
Qafqaz Müsəlmanları İdarəsində (QMİ) qurumun Elmi-Dini Şurasının və Qazılar Şurasının birgə toplantısı keçirilir.
AZƏRTAC xəbər verir ki, QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə toplantıda çıxış edərək bu gün Azərbaycanın digər ölkələrdən öz tolerantlığı və multikultural ənənələri ilə fərqləndiyini bildirib. O əlavə edib ki, bu cür yüksək ənənələrə sahib olan ölkəmiz digər dövlətlər üçün örnəkdir. Ölkəmizdə dinə göstərilən xüsusi diqqət və qayğıdan danışan şeyxülislam qeyd edib ki, müstəqillik illərində dövlət vəsaiti hesabına ölkəmizdə təmir edilən və inşa olunan məscidlər, dini abidələr bunun əyani göstəricisidir.
Son günlərdə Nardaran qəsəbəsində baş verən hadisələrdən təəssüflə danışan Allahşükür Paşazadə bildirib ki, bu hadisələrlə bağlı QMİ bəyanat yayıb. Bəyanatda da deyildiyi kimi, bu hadisələrin dinlə heç bir bağlılığı yoxdur. Bu, dövlət çevrilişi, terrorçuluq cəhdləridir. Biz bu cür cəhdləri qəti şəkildə pisləyirik.
Şeyxülislam Nardaranda sabitliyi bərqərar etmək üçün dövlət tərəfindən görülən bütün tədbirləri dindarların da dəstəklədiklərini qeyd edib.

Tags:  Allahşükür Paşazadə Nardaranda baş verən hadisələrin dinlə heç bağlılığı yoxdur


RƏYLƏR


Top news