Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Millimiz İngiltərə yığması ilə bir qrupda çıxış edəcək

Millimiz İngiltərə yığması ilə bir qrupda çıxış edəcək

Date: 3 December 2015 16:23


Bakı, 3 dekabr, AZƏRTAC
On yeddi yaşadək futbolçular arasında Avropa çempionatının növbəti mövsümünün püşkü atılıb.
AZƏRTAC xəbər verir ki, final mərhələsi Xorvatiyada keçiriləcək “Avro-2017”nin seçmə mərhələsində 52 komanda mübarizə aparacaq.
Millilər hərəsində dörd komanda olmaqla 13 qrupa bölünüblər.
İsveçrənin Nyon şəhərində keçirilən püşkatmanın nəticəsinə görə, Azərbaycan yığması VI qrupda yer alıb. Millimiz İngiltərə, Avstriya və Rumıniya komandaları ilə bir qrupda mübarizə aparacaq.
Yığmamızın qrupunda meydan sahibi Rumıniya olacaq. Bu qrupun oyunları oktyabrın 25-30-da təşkil olunacaq. Əsasnaməyə görə, hər qrupda ilk iki yeri tutan komanda, eləcə də beş ən yaxşı 3-cü yerin sahibi elit-raunda yüksələcək.

Tags:  Millimiz İngiltərə yığması qrupda çıxış edəcək


RƏYLƏR


Top news