Ərdoğandan Putinə cavab: "Dediklərini sübut etməsən..."

Ərdoğandan Putinə cavab: "Dediklərini sübut etməsən..."
16:27 3 Dekabr 2015
100 Digər
Ölkə mətbuatı
A- A+

Mən demişəm ki, əgər Türkiyənin İŞİD-dən neft və neft məhsulları almasıyla bağlı iddialar sübut edilərsə, vəzifəmdə bir saat da qalmaram. İndi növbə Rusiya prezidenti Putinindir. O, dediklərini sübut etməlidir, əks təqdirdə postunda qalmamalıdır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Rusiya prezidenti Vladimir Putinin Federal Məclisə müraciətində söylədiklərinə münasibətini açıqlayıb.

Milli.Az bildirir ki, V.Putin bu gün deyib: "Terrorçuların hesabına Türkiyədə kimin ciblərini doldurduğunu bilirik. Banditlər məhz bu pullara muzdlular toplayır, silah alır, vəhşi terror aktları təşkil edirlər. 1990 və 2000-ci illərdə Şimali Qafqazda vəhşilik etmiş yaraqlıların məhz Türkiyədə sığınacaq, dəstək aldıqlarını xatırlayırıq. Onları indi də orada görürük. Suriyada hərbi qulluqçularımızın həlak olmasına görə Türkiyə hakimiyyətinin bir hissəsi birbaşa məsuliyyət daşıyır. İstənilən problemləri tamamən ənənəvi şəkildə həll etmək olardı. Amma görünür, Allah Türkiyədə hakimiyyətdə olan adamların ağıllarını və şüarlarını əllərindən alaraq onları belə cəzalandırıb.

Təyyarəmizi vurduğuna görə Türkiyəni peşman edəcəyik. Rusiya düşünülmüş, konstruktiv şəkildə davranacaq. Kimsə bizdən əsəbi, isterik, bütün dünya üçün təhlükəli reaksiya gözləməsin.
Türkiyə ilə istənilən məsələlərlə, ən həssas məqamlarla bağlı danışıqlar aparmaq, əməkdaşlıq etməyə hazırdıq. Hətta Türkiyənin müttəfiqlərinin belə, ona etmədiklərini etməyə hazırdıq. Türkiyə rəhbərliyi vicdansızdır, onların vicdan və ədalət hissini Allah əllərindən alıb!"

Rəcəb Tayyib Ərdoğan "Türk İşçi Sendikatları" Konfederasiyasının 22-ci fövqəladə toplantısında deyib: "Türkiyə olaraq Balkan yarımadasına, Qafqaza, Aralıq dənizi hövzəsinə, İraqa biganə qalmağımız mümkün deyilsə, Suriyada baş verənləri də qətiyyən qulaqardına vura bilmərik. Bax buna görə soruşuram: Rusiya Suriyada nə axtarır? Nə imiş - BMT-nin onlara verdiyi səlahiyyət varmış. Nə imiş o yetki - "Əgər o ölkənin hakimiyyəti dəvət edərsə, gedilə bilər". Oraya getmək, 380 min insanı öldürən qatil Bəşər Əsədin dəvətinə müsbət cavab vermək məcburiyyətində deyildiniz.
Bəşər Əsəd rejimi qanunsuz hakimiyyətdir. Bunu görmək məcburiyyətindəsiniz. Dediklərimlə bağlı cənab Putinlə çox danışmışam. İŞİD də Əsəd rejimindən bəslənir".

Son vaxtlar Rusiyada "Türkiyə İŞİD-dən neft alır" iddiasının dəbə mindiyini deyən Ərdoğan iddiaların yalan olduğunu, Rusiyanın hakimiyyət dairələrinin bu yalanlara özünü inandırmağa çalışdığını vurğulayıb.

"İlk dəfə İran başladı"

"Türkiyənin İŞİD-dən neft alması ilə bağıl iddialarını sübut etmək məcburiyyətindədirlər. Bizim neft aldığımız yerlər bəllidir. Hələ bu yalanlarla ailəmi qarışdırmaq baş verənlərin çox da əxlaqlı olmayan yanıdır. Bunu ilk dəfə İran telekanalları etdilər. İran prezidenti ilə danışdım, dedim: "Bax siz çox böyük yanlışlığın içindəsiniz. Əgər belə davam edərsə, cavab ağır olacaq, əvəzini siz İran olaraq çox ağır ödəyərsiniz". On gün-filan davam etdi, sonra saytlarından yığışdırdılar. Niyə? Çünki iftira, yalan, böhtan üzərində qurulmuş sistemlər belə çirkin əməllərdən daha çox istifadə edirlər", - Ərdoğan söyləyib.

"Rusiya sübut etsin!"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putinin onun və ölkəsinin ünvanına səsləndiyi çox ağır ittihamların əsassız olduğunu söyləyib.

"Belə iddiaları sənədlərlə, faktlarla sübut etməlidirlər. Mən demişəm - iddiaları sübut etsələr, istefa verəcəyəm. Amma bir iş var: əgər Putin sübut edə bilməsə, vəzifəsindən istefa verməlidir. Suriya xalqı ilə eyni bölgədə yaşamağa davam edəcəyik. Sabah hər şey başa çatanda oradakı qardaşlarımızın qarşısına alnıaçıq, üzüağ çıxacağıq. Müstəqilliyimizlə bağlı zərrə qədər güzəşt edə biləcəyimizi kimsə bizdən gözləməsin. Türkiyə ona dost olanlara qazandıran, kin və düşmənçilik bəsləyənlərə isə uduzduran ölkədir", - Ərdoğan deyib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bu nə VƏHŞİLİKDİR? - Pula görə 77 yaşlı gözətçini ölümcül döydü - FOTOLAR

20 İyul 2017 22:23

Ququş Ermənistana gedir

20 İyul 2017 22:22

Rakkanın 30 faizi işğaldan azad edildi

20 İyul 2017 22:22

Südəmər uşaqlar niyə ağlayırlar?

20 İyul 2017 22:22

Azərbaycan rekordçusu dayandı

20 İyul 2017 22:22

Avroliqanın II təsnifat mərhələsində 55 metrdən qol vurulub

20 İyul 2017 22:22

Alzheimer müalicəsində böyük ümid

20 İyul 2017 22:17

Niyə şərab içənin namazı 40 gün qəbul olmur?

20 İyul 2017 22:12

Avropa Liqası:

20 İyul 2017 22:11

Yayın ən bahalı transferləri - SİYAHI

20 İyul 2017 22:08

İki məşhur bir adada dincəlir - FOTO

20 İyul 2017 22:05

Sabirabad sakini kanalda boğulub

20 İyul 2017 22:05

Beş uşaq atası kanalda boğuldu

20 İyul 2017 22:04

“Qalatasaray” “Ostersun”la üz-üzə - YENİLƏNİR

20 İyul 2017 21:57

Türkiyə Almaniyanı terrorçulara sığınacaq verməkdə ittiham edib

20 İyul 2017 21:57

Lerik sakini qanunsuz kəsdiyi ağacın altında qalaraq ölüb

20 İyul 2017 21:57

Asfiksiya nədir

20 İyul 2017 21:52

Dualarda Allahdan nə istəyək?

20 İyul 2017 21:47

Anemiya nədir?

20 İyul 2017 21:42

“Zirə” qol axtarışında - YENİLƏNİR

20 İyul 2017 21:37

“Yagelloniya” - “Qəbələ” matçına doğru: Heyətlər bəllidi - YENİLƏNİR

20 İyul 2017 21:37

“İnter” "Fola"ya qarşı - YENİLƏNİR

20 İyul 2017 21:37

Bakıda gecə klubunda 38 yaşlı qadını döydülər

20 İyul 2017 21:37

Futbol üzrə Cibuti yığması dağıdılır

20 İyul 2017 21:37

Keçmiş sevgili məşhur modeli təkrarladı - FOTO

20 İyul 2017 21:32

Kral oğlunun həbs olunması barədə fərman verdi

20 İyul 2017 21:32

Əsgərlərə tibbi yardım göstərilmir -

20 İyul 2017 21:32

Bakıda Belçikanın Müstəqillik Günü qeyd olundu - FOTO

20 İyul 2017 21:23

"Seçim qalmadı: Müharibəyə doğru..." - polkovnik Ramaldanov

20 İyul 2017 21:22

Körpələrinizi süni qidalardan qoruyun

20 İyul 2017 21:22

Avropa Liqası:

20 İyul 2017 21:18

"Yeni verilişimdə lüt gəzəcəm" - Tatlıses

20 İyul 2017 21:17

Xərçəngdən xilas olmaq üçün ümidverici araşdırma

20 İyul 2017 21:17

Qazaxıstanlı məktəblilərin Azərbaycanda gəzintiləri təşkil olunacaq - FOTO

20 İyul 2017 21:12

Bu, Flora Xəlilzadədir

20 İyul 2017 21:12

Həzrət Nuhun ömrünün uzun olmasının sirri

20 İyul 2017 21:12

Ali məktəblərdə hazırlıq qrupları: yeni mexanizmin üstünlükləri nələrdir? - VİDEO

20 İyul 2017 21:12

Gəncədə qadını maşın vurdu

20 İyul 2017 21:09

Məşhur model 4-cü övladına hamilədir - FOTO

20 İyul 2017 21:05

Küveyt İran səfirinə 48 gün vaxt verdi

20 İyul 2017 21:05

"Ulduz"un 88 yaşlı Naziki kövrəldi: "Çəkilişdə olanda oğlum özünü yandırdı" - FOTO

20 İyul 2017 21:05

"Daha 30 il sonra həmin yerlərə bir də qayıtmağa ümid edirəm"

20 İyul 2017 21:03

Lerik sakini qanunsuz kəsdiyi ağacın qurbanı oldu

20 İyul 2017 20:54

Dünyada sərbəst likvidliyin azalması faizlərin artmasını stimullaşdıracaq

20 İyul 2017 20:52

Kəskin pnevmoniyanın əmələ gəlmə səbəbləri

20 İyul 2017 20:52

Qarpız alarkən diqqətli olun! - şübhəli mənzərə ortaya çıxıb - VİDEO

20 İyul 2017 20:47

Turpaketlərin qiyməti ucuzlaşıb - VİDEO

20 İyul 2017 20:47

Qadının xəlq olunmasının səbəbi nədir?

20 İyul 2017 20:47

Firudin Hacıyev "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib -

20 İyul 2017 20:47

Mənzil bazarında durğrunluq yaşanır - VİDEO

20 İyul 2017 20:42