Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

2015-ci "İlin adamı": Putin və Əl-Bağdadi

2015-ci "İlin adamı": Putin və Əl-Bağdadi

Date: 3 December 2015 17:46

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın "Time" jurnalının "ilin adamı" nominasiyasının namizədləri siyahısına başçılıq edir.

ANS PRESS-in məlumatına görə, siyahıda, həmçinin, Almaniya kansleri Angela Merkel, ABŞ-ın dövlət katibi Con Kerri, Türkiyə sahillərində həlak olmuş Suriyalı 3 yaşlı Aylan Kurdinin də adı var.

Jurnalın redaktorları onu da qeyd ediblər ki, bu ilin adamı adını İŞİD rəhbəri Əbu Bəkr Əl-Bağdadi də ala bilər, çünki İŞİD bu il törətdikləri terror hadisələri ilə tarix yazıb.


Əbu Bəkr Əl-Bağdadi - İŞİD rəhbəri


Mükafatın qalibi dekabrın 9-da elan olunacaq.

Rusiya prezidenti Vladimir Putin daha əvvəl "Time" jurnalı tərəfindən "ilin adamı" elan olunub. O, bu ada 2007-ci ildə layiq görülüb. ABŞ-ın "Forbes" jurnalı isə artıq 3 ildir ki, Vladimir Putini dünyanın ən nüfuzlu insanı adlandırır.

Ötən il isə "Time" jurnalı Hindistanın baş naziri Narendra Modini, 2013-cü ildə isə Roma papası Fransisi "ilin adamı elan edib.



"İlin adamı" "Time" jurnalının ənənəvi mükafatıdır. Jurnal hər il sonuncu dekabr nömrəsində "İlin adamı"nı elan edir. "İlin adamı" nominasiyası 1927-ci ildən verilir. İlk dəfə bu ada Atlantik okeanı üzərindən ilk dəfə uçuş həyata keçirən pilot Çarlz Lindberq layiq görülüb.

"İlin adamı"nı jurnalın icraçı direktoru özü müəyyənləşdirir.

Tags:  2015-ci İlin adamı Putin Əl-Bağdadi



RƏYLƏR


Top news