Bakı, 3 dekabr, AZƏRTAC
FİFA futbol üzrə milli komandaların 2015-ci il üçün son reytinq cədvəlini açıqlayıb.
AFFA-dan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan milli komandası ötən ayla müqayisədə 2 pillə geriləyərək 296 xalla 117-ci pillədə qərarlaşıb.
Reytinq cədvəlinə 1494 xalla Belçika millisi liderlik edir. Argentina millisi 1455 xalla ikinci, İspaniya yığması isə 1370 xalla üçüncü pillədə qərarlaşıb.