Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Start-up və sahibkarlar üçün rəqəmsal vasitələr” mövzusunda seminar

“Start-up və sahibkarlar üçün rəqəmsal vasitələr” mövzusunda seminar

Date: 3 December 2015 18:53


Bakı, 3 dekabr, AZƏRTAC 
Xəzər Universitetində “Start-up və sahibkarlar üçün rəqəmsal vasitələr” mövzusunda seminar keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, ABŞ-ın ölkəmizdəki səfirliyi tərəfindən təşkil olunan seminarda “Microsoft-Azərbaycan” şirkətinin nümayəndəsi Emin Axundov “Microsoft Imagine Cup” yarışması barədə məlumat verib. Qeyd edilib ki, ötən il yarışmada ikinci yerə layiq görülən Azərbaycan komandasının üzvlərindən biri Xəzər Universitetinin tələbəsidir.
Sonra start-up və sahibkarlıq üzrə amerikalı ekspert Lane Becker start-up sahəsindəki karyera yolu barədə danışıb, uğurlu sahibkar olmaq üçün tövsiyələrini verib.
 

Tags:  Start-up sahibkarlar rəqəmsal vasitələr mövzusunda seminar



RƏYLƏR


Top news