Dərnəgül bazarı çökür - FOTO

Dərnəgül bazarı çökür - FOTO
18:57 3 Dekabr 2015
62 Digər
Ölkə mətbuatı
A- A+

Bakı kəndlərinə avtobuslar "Dərnəgül"dən gedəcək - FOTO (22 Aprel 2017 14:05)

Azərbaycanda iqtisadiyyatın bir çox sahələrində yaşanan iqtisadi böhran tikinti sektorunda da durğunluq yaradıb. Paytaxtda gedən iri tikinti layihələri ilə yanaşı, fərdi tikililər də dayandırılıb. Belə demək mümkünsə, nə dövlətin, nə də vətəndaşın tikintiyə ayıracaq pulu qalmayıb.

Bu vəziyyət də özünü, ilk növbədə, tikinti materialları bazarında göstərir. Əgər manatın devalvasiyasından sonra tikinti bazarında qiymətlərin artması səbəbindən durğunluq yaranmışdısa, indi bunun səbəbi insanların iqtisadi durumunun zəifləməsidir.

Məlum olduğu kimi, devalvasiyadan sonra tikinti materiallarının qiymətində bahalaşma qaçılmaz oldu. Əksər materialların qiyməti 30 faiz artdı. Hazırda isə alıcılıq olmadığından, bazarda tələb azaldığından tikinti materiallarının qiyməti sürətlə ucuzlaşır.

Milli.Az xəbər verir ki,  musavat.com-un əməkdaşı hazırda bazarda vəziyyətin necə olmasını, mövcud qiymətləri öyrənmək üçün paytaxt əhalisinin, o cümlədən iri şirkətlərin topdan alış-veriş etdiyi ticarət mərkəzi olan "Dərnəgül bazarı"na yollanıb. Kifayət qədər böyük bir sahəni əhatə edən bazarın tikinti materialları olan hissəsinə baş çəkib, satıcılarla həmsöhbət olub.

Bazarda durğunluq hiss olunurdu. Alıcıların hər zaman çoxluq təşkil etdiyi bazarda indi çarəsiz satıcılardan başqa kimsə gözə dəymir. Boş yük maşınları, müştəri gözləyən taksilərin çoxluğu alıcılığın zəif olmasından xəbər verirdi.

Tikinti materiallarının qiymətinə gəlincə, ən çox sement, daş və kirəmitlərin qiymətində ucuzlaşma var. Belə ki, 5 manata satılan "Mətanət A" sementləri indi 4 manat 60 qəpiyə, bir daşın qiyməti isə 40 qəpikdən 30-32 qəpiyə təklif olunur. Digər tikinti materiallarında isə cüzi qiymət azalması müşahidə olunur.

Bazarda işləyən, alıcıların aldığı materialların maşınlara yüklənməsi ilə məşğul olan fəhlələr isə bekarçılıqdan bir yerə toplaşıb dərdləşirdirlər. Satıcılar bizimlə söhbətində bildirdi ki, son 2-3 ayda bazarda alıcılıq sıfıra bərabərdir: "Tikinti materiallarının satışı dayanıb. Alıcılıq aşağı səviyyədədir. Son aylar bu sahədə durğunluq yaranıb. Səbəbi isə iri tikinti şirkələrinin işlərini dayadırmasıdır. Pərakəndə alıcıdan çox topdansatışlar olurdu. Bu satışlar da həmin şirkətlərin hesabına həyata keçirdi. İndi isə gördüyünüz kimi bazarda seyrəklikdir. Gün ərzində 3-5 alıcı olur, onlar isə xırda materiallar alırlar".

Sahibkarlar onu da dedilər ki, bu cür durğunluq "Dərnəgül bazarı"nı çökdürə bilər: "Dolların bahalaşmasından sonra bazarda vəziyyət daha da acınacaqlı duruma düşdü. Tikinti materiallarının satışı ilə məşğul olan bir çox obyektlər bağlandı. Son 1-2 aydır ki, bazarda adam tapmaq olmur. Bu günlərdə daha bir neçə obyekt də bağlandı. İcarə haqqını verə bilmədilər. İcarə haqlarında güzəştlər olsa belə, alver olmadığı üçün hər ay büdcəmizdən yeməklə müflisləşirik. Ziyanın yarısından qayıtmaq da xeyrdir. Məcburuq obyektimizi bağlayaq".

Taksi xidməti və yükdaşımada çalışan sürücülər isə bazardakı sönüklüyün onların da qazanına təsir etdiyini dedilər: "İllərdir ki, bazarda işləyirik. Dolanışığımız "Dərnəgül bazarı"nda yük daşımaqla çıxır. Bu bazarın hesabına ayaqda qalırdıq. Lakin bu ildən bazarda ruzi-bərəkət qalmayıb. 1 aydır ki, iş yoxdur. Son günlər obyektlər bağlanır. Bundan əlavə bazarda alıcı da gözə dəymir. Bizim də işimiz alıcıdan asılıdır. Gündə 3-5 manata işləyirik. Taksi çox, iş yox..."

Bazardakı durğunluq fəhlə sinfini də işsiz qoyub. Alıcılığın olmaması müxtəlif sahələrdə günəmuzd işləyən fəhlələri qazancsız qoyub. Gündəlik 10-15 manata işləyən fəhlələr günorta saatlarına kimi 1 manat belə, qazana bilmədiklərini dedilər: "Səhər saatlarından bazardayıq. Bir nəfər belə, 1 metr taxta almayıb. Pərakəndə alarkən alıcının bizə ehtiyacı olmur. Bizim qazancımız yalnız topdan taxta satışı zamanı yaxşı olur. Taxtanın hər kubmetrinə görə pul alırıq".

Fəhlələr iş olmadığı halda bazarda metal yığmaqla gündəlik çörəkpullarını çıxardıqlarını deyirlər: "Uzun fasilələr də bazarın ərazisində dəmir, aliminum və başqa metal əşyalar toplayaraq satırıq. Kiloqramını 8-10 qəpikdən satıb cibxərcliyi edirik. Bazarın içində dəmir vaqonda qalırıq. Qazancımız az olduğu üçün normal kirayə mənzildə yaşaya bilmirik".

Bazardakı durğunluq təkcə satıcı, fəhlə və yük maşınlarının sürücülərini deyil, eyni zamanda yeməkxana işçilərinin də cibini boş qoyub. Mövcud durum bazarda xidmət göstərən yeməkxanaları da boş qoyub.

Bazar işçilərinə yemək daşıyan Xatın adlı aşpaz müştərilərin azaldığını dedi: "Yeməklər 2-3 manat arasındadır. Günorta saatları olmasına baxmayaraq yeməklər əlimdə qalıb. "Padnos" əlimdə bazarı gəzirəm, kimisi "siftə eləməmişəm" deyir, kimisi isə nisyə yemək istəyir. Bir sözlə bazarda alverin olmaması bizim də vəziyyətimizi çətinləşdirir".

Milli.Az











RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Avtomobillər üçün uşaq oturacağı alanda nələrə diqqət yetirmək lazımdır?

30 May 2017 13:27

Bakı Rusiya - Səudiyyə Ərəbistanı - İran üçbucağında...

30 May 2017 13:27

Şərif Ağayav Kulis.az-ın baş redaktoru təyin olunub

30 May 2017 13:24

Dünyada güc balansı dəyişdi – ABŞ-Almaniya QARŞIDURMASI

30 May 2017 13:23

Müdafiə Nazirliyi işçi axtarır

30 May 2017 13:22

İlin əvvəlindən 70 min miqrant dənizlə Avropaya gəlib

30 May 2017 13:22

Məşhur müğənni ilə aktyorun istirahətinə baxın - FOTO

30 May 2017 13:22

Donuz balaları üçün yaradılan, amma indi hamının arzuladığı AVTOMOBİL - FOTOLAR

30 May 2017 13:18

EBRD: Mərkəzləşdirilmiş agentliklərin yaradılmasına ehtiyac var

30 May 2017 13:17

Rüfət Aslanlı: “Kredit aktivliyi ilə bağlı dəqiq rəqəmlər açıqlamağa hazır deyilik”

30 May 2017 13:17

"İçerde" serialını izləyənlər, mütləq oxuyun!

30 May 2017 13:16

Almas İldırımın 110 illik yubileyi qeyd ediləcək

30 May 2017 13:15

Arvadı ilə birləşib dostunu doğradı, qanını içdi - FOTO

30 May 2017 13:12

Kafedəki masada bu halda öldü

30 May 2017 13:10

Arvadını öldürən keçmiş polisin məhkəməsində: "Qızımın qanı batır"

30 May 2017 13:09

"AtaSığorta"nın 3 yeni filialı açılıb

30 May 2017 13:08

NASA Yupiterdəki qasırğanın FOTOLARINI yaydı

30 May 2017 13:08

Prokuror keçmiş arvadını öldürməkdə təqsirləndirilən sabiq polis əməkdaşına ağır cəza istəyib

30 May 2017 13:07

Gənclər üçün Təhsil Mərkəzi “Şanlı tarix - 99 il” “Twitter” aksiyası keçirib

30 May 2017 13:07

İyunun ilk gününün HAVAsı - XƏBƏRDARLIQ

30 May 2017 13:05

Ermənistan şirkətinin rəhbəri: "Ekvador bananını Azərbaycan üzərindən İrana idxal edəcəyik"

30 May 2017 13:05

MOSSAD gizli PLANI AÇDI: ABŞ qonşumuzu vurmaq üçün hərəkətə keçdi - DETALLAR

30 May 2017 13:03

IFC: Azərbaycan iqtisadi artım üçün yeni mənbələr axtarışındadır

30 May 2017 13:02

İndoneziyada 6,8 bal gücündə zəlzələ olub

30 May 2017 13:02

Mundiala yol Avropa çempionatından keçəcək

30 May 2017 13:01

Dil normalarını pozan telekanallar CƏRİMƏLƏNƏCƏK

30 May 2017 12:58

Dünya alimləri bizim regionun potensialını yüksək qiymətləndirirlər

30 May 2017 12:57

Hava qeyri-sabit keçəcək

30 May 2017 12:52

Sahibkarlıq sahəsində yoxlamaların dayandırılma müddəti uzadıla bilər

30 May 2017 12:50

Payızlıq buğdaya daha çox ziyan vuran yeni böcəklər müəyyən edilib

30 May 2017 12:50

Dilçilik İnstitutundan telekanallara qarşı SƏRT TƏNQİD

30 May 2017 12:49

Nazirlik səyahət edən vətəndaşlara müraciət etdi

30 May 2017 12:48

Bugünkü hərracda ən yüksək qiymətə "Ağdam Pambıq" MMC özəlləşdirilib

30 May 2017 12:47

17 yaşlı müğənni serialda çəkiləcək - FOTO

30 May 2017 12:47

Mədəniyyət və Turizm Nazirliyi turistlərə müraciət etdi

30 May 2017 12:43

"Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımının şərtləri"

30 May 2017 12:42

Sabah Bakıda "Caspian Oil&Gas" beynəlxalq sərgisi başlayır

30 May 2017 12:42

Aleksandr Lukaşenko yenidən Belarus MOK-un prezidenti seçilib

30 May 2017 12:42

Mədəniyyət və Turizm Nazirliyindən vətəndaşlara MÜRACİƏT

30 May 2017 12:39

Əllə yemək niyə faydalıdır?

30 May 2017 12:38

Hava qeyri-sabit keçəcək - güclü külək olacaq, dolu düşəcək

30 May 2017 12:36

Bağdadda iki partlayış törədilib - 20 ölü

30 May 2017 12:36

Şagirdlərin davamiyyəti ilə bağlı SMS-xidmət dayandırılır - SƏBƏB?

30 May 2017 12:36

DİQQƏT: Rusiyada 14 nəfəri öldürən qasırğa Azərbaycana doğru gəlir

30 May 2017 12:35

Hava yenə pisləşir: Dolu düşəcək

30 May 2017 12:34

Tut yeməyə çıxmışdı... öldü - FOTOLAR

30 May 2017 12:33

2 uşaq anasını öldürən 16 yaşlı Ağəli ev dustağı edilib - FOTO

30 May 2017 12:32

Mərkəzi Bankdan 11 milyon oğurlandı - Rusiyada

30 May 2017 12:32

Şimşək çaxacaq, intensiv yağış yağacaq

30 May 2017 12:32

Sabiq deputatın ailəsində faciə: Lamiyə özünü 8-ci mərtəbədən atdı - FOTO

30 May 2017 12:32