Respublika Əlillərin Bərpa Mərkəzində Beynəlxalq Əlillər günü ilə əlaqədar tədbir keçirilib

Respublika Əlillərin Bərpa Mərkəzində Beynəlxalq Əlillər günü ilə əlaqədar tədbir keçirilib
19:13 3 Dekabr 2015
98 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzində 3 Dekabr - Beynəlxalq Əlillər günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə ölkəmizdə həyata keçirilən sosial siyasətin mühüm bir istiqamətinin əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə yönəldiyi vurğulanıb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, əlilliyi olan şəxslərə ödənilən sosial müavinət və Prezident təqaüdlərinin, əmək pensiyalarının məbləği mütəmadi olaraq artırılır. Eyni zamanda, müharibə əlilləri və onlara bərabər tutulan vətəndaşların dövlət büdcəsi hesabına mənzil və minik avtomobilləri, müxtəlif reabilitasiya vasitələri ilə təminatı sahəsində mühüm tədbirlər həyata keçirilir.
Nazirliyin əlilliyi olan şəxslər üçün 14 bərpa-müalicə müəssisəsində hər il 8 minədək müvafiq şəxsə reabilitasiya xidmətləri göstərilir. Son illərdə həmin müəssisələrin müasir tələblərə uyğun qurulması üçün məqsədyönlü işlər aparılır. Cari ilin sentyabr ayında Prezident İlham Əliyevin iştirakı ilə yenidənqurmadan sonra açılışı olan Respublika Əlillərin Bərpa Mərkəzi bu gün bərpa müalicəsi sahəsində ən yüksək standartlara cavab verən bir müəssisədir. Burada əlilliyi olan şəxslərin reabilitasiya potensiallarının reallaşdırılması məqsədilə səmərəli tibbi-fizioterapevtik üsulların həyata keçirilməsi üçün ən müasir tələblər səviyyəsində şərait yaradılıb.
Bərpa mərkəzində müalicə alan əlilliyi olan şəxslər ürək sözlərini ifadə edərək, bu gün Azərbaycan dövlətinin hər bir əlil vətəndaşının qayğısına qalmasından, bu təbəqədən olan insanların həyat səviyyələrinin yaxşılaşdırılması üçün görülən işlərdən razılıqlarını bildiriblər. Onlar bütün sahələrdə qayğı ilə təmin olunmalarına, eyni zamanda əlilliyi olan şəxslər üçün müasir və səmərəli reabilitasiya sisteminin qurulmasına görə Prezident İlham Əliyevə minnətdar olduqlarını vurğulayıblar.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Respublika_Alillerin_Berpa_Merkezinde_Beynelxalq_Aliller_gunu_ile_elaqedar_tedbir_kechirilib-908030

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR