Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ADİU-nun professoru Rusiyanın nüfuzlu təhsil müəssisələrində olub

ADİU-nun professoru Rusiyanın nüfuzlu təhsil müəssisələrində olub

Date: 3 December 2015 20:13


Bakı, 3 dekabr, AZƏRTAC 
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) bank işi kafedrasının müdiri, professor Zahid Məmmədov Rusiyanın nüfuzlu ali və orta təhsil məktəblərində olub.
ADİU-dan AZƏRTAC-a bildiriblər ki, Z.Məmmədov Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetində keçirilən ikinci beynəlxalq forumda “İtirilmiş iqtisadi yüksəliş axtarışında” mövzusunda məruzə ilə çıxış edib.
Forum çərçivəsində “Müasir pul-kredit siyasəti: əyləc və ya akselerator” mövzusuna həsr olunan elmi konfransda Z.Məmmədovun “Azərbaycanda maliyyə stabilliyi problemlərinin təminatı” mövzusunda məruzəsi dinlənilib.
Azərbaycan alimi Moskva şəhərində K.Kərimov adına gimnaziyanın himayəçilər şurasının dəvəti ilə yuxarı sinif şagirdləri ilə görüşüb. Onlara ADİU haqqında ətraflı məlumat verib, şagirdlərin universitetlə bağlı suallarını cavablandırıb.
Z.Məmmədov Sankt-Peterburq Dövlət İqtisad Universitetinin (SPDİU) 85 illik yubileyi münasibətilə təşkil olunan iqtisadi konqresdə iştirak edib. Konqresdə Rusiyanın dövlət qurumları rəhbərlərinin məruzələri dinlənilib, mövzu ilə bağlı müzakirələr aparılıb.
Z.Məmmədovun “Maliyyə böhranı fonunda alternativ maliyyə institutlarının fəaliyyətində yeni meyillər və perspektivlər” mövzusunda məqaləsi Sankt-Peterburq Dövlət İqtisad Universitetinin 85 illik yubileyi çərçivəsində hazırlanan “XXI əsrin bankları və maliyyə bazarları – inkişaf potensialı” elmi nəşrinə daxil edilib.
SPDİU-nun rektoru, professor İ.Maksimsev göstərdiyi dəstəyə və diqqətə görə ADİU rəhbərliyinə təşəkkür məktubu göndərib.
 

Tags:  ADİU-nun professoru Rusiyanın nüfuzlu təhsil müəssisələrində olub


RƏYLƏR


Top news